Xəbərlər

  • 1 210

Ombudsman: "Məhkumların seçki hüququ təmin olunub"

image

Ombudsman Aparatının əməkdaşları cəzaçəkmə müəssisələrində monitorinq və müşahidə aparırlar. Bunu jurnalistlərə açıqlamasında ombudsman Səbinə Əliyeva deyib.

O bildirib ki, Ombudsman Aparatının əməkdaşları Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müstəqil şəkildə öz təşəbbüsləri ilə müşahidə edirlər: “Əməkdaşlarımız həm Bakı şəhərində, həm regionlarda, həmçinin azad olunan ərazilərdə, hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində monitorinq və müşahidə aparırlar. Hazırda biz cəzaçəkmə müəssisəsində məhkumların seçki hüququnun təmin olunmasını müşahidə edirik. Müşahidənin nəticələri haqqında ictimaiyyətə geniş məlumat veriləcək”.

Qeyd edək ki, məhkum və həbs olunmuş şəxslər penitensiar müəssisələrdə 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verirlər.

Digər xəbərlər