PDF Oxu

Xəbərlər

  • 1 909

Gəncədə qanunsuz tikililər söküldü - FOTOLAR - VİDEO

image

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Bu barədə SİA-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Abbas Səhhət küçəsində ayrı-ayrı tikililərdə qanunsuz olaraq artırma və ikinci mərtəbənin inşa edilməsi faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.

https://youtu.be/6I2as1nZVGo

Digər xəbərlər