İlon Mask qalmaqallı açıqlamaları ilə yenidən diqqət mərkəzindədir. O, Open Al-u almaq üçün 97,4 milyard dollar təklif edib. SİA-nın məlumatına görə, bir qrup investora rəhbərlik edən İlon Musk ChatGPT-ni yenidən ələ keçirmək və qeyri-kommersiya missiyasını bərpa etmək niyyətindədir.
Lakin OpenAI-nin baş direktoru Sem Altman təklifi rədd edərək rəsmi ''X'' internet səhifəsində qısa və aydın mesaj verib: "Xeyr, təşəkkür edirəm".