Xəbərlər

  • 3 580

Karateçilərimiz beynəlxalq turnirdə bürünc medal qazanıblar

image

Azərbaycan karateçiləri Xorvatiyanın Umaq şəhərində keçirilən Dünya Karate Federasiyasının (WKF) Gənclər Liqası turnirində daha bir medal qazanıblar. 12-18 yaşlı uşaq, yeniyetmə və gənc karateçilərin qatıldıqları turnirdə Sultan Hüseynov (16-17 yaşlı gənclər, 55 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb.Bununla da Gənclər Liqasında idmançılarımızın mükafatlarının sayı ikiyə çatıb. Belə ki, 14-15 yaşlı yeniyetmələrin yarışında Ramil Baxşəliyev (52 kq) də eyni nəticəni göstərmişdi.

sia.az

Digər xəbərlər