Xəbərlər

  • 4 570

“Neftçi” – “Bney Yehuda” oynundan maraqlı görüntülər

image

Ölkəmizin ən titullu klubularından biri olan "Neftçi", əvvəlki iki mərhələdə Moldovanın “Speranta” (3:0, 6:0) və Rusiyanın “Arsenal” (1:0, 3:0) klublarını quru hesablı məğlubiyyətlərə uğradan Roberto Bordinin yetirmələri Azərbaycan futbol tarixinə mütləq rekordçu kimi düşməyə çalışsalar da, bunu bacarmayıblar.SİA xəbər verir ki, matç gözlənilənlərin əksinə olaraq, "Bney Yehuda"nın üstünlüyü ilə başlayıb. Onlar bunun nəticəsi olaraq, 26-cı dəqiqədə hesabı açıblar. Tambi Saqas bu mövsüm qapısında qol görməyən "Neftçi"ni mərkəzə dəvət edib. Bundan 10 dəqiqə sonra qonaqlar daha bir dəfə fərqləniblər. Bu dəfə Mohammed Qadir Bakı təmsilçisinin müdafiəsindəki boşluqdan məharətlə yararlanıb - 2:0.Bu qoldan sonra "Neftçi" hücumlarının kəsərini artırıb və 43-cü dəqiqədə Stiven Jozef-Monroz fərqi azaldıb.İkinci hissə isə bakılıların aşkar üstünlüyü ilə keçib. Lakin rəqibin tam heyətlə müdafiədə "oturması" komandamızın işini çətinə salıb. buna baxmayaraq, Namik Ələskərov əlavə edilmiş dəqiqələrdə status-kvonu bərpa edib.Həm ardıcıl qələbə, həm də quru oyunlar sayında ölkə rekordunu təkrarlayan “ağ-qaralar”ı "5"ə çatmağa israillilər imkan verməyiblər.Beləliklə, görüş 2:2 hesabı ilə yekunlaşıb. Komandalar arasında cavab oyunu isə avqustun 15-də olacaq.

sia.az

Digər xəbərlər