Xəbərlər

  • 4 228

"Futbolçularımın göstərdiyi oyundan razıyam və onlarla qürur duyuram" - Nikola Yurçeviç

image

"Futbolçularımın göstərdiyi oyundan razıyam və onlarla qürur duyuram. Dünyanın ən güclü yığmalarından biri ilə qarşılaşdıq. Azarkeşlərimizin xüsusilə ikinci hissədə dəstəyi inanılmaz idi. Onları təbrik edir və təşəkkürümü bildirirəm".SİA xəbər verir ki, bu sözləri futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Xorvatiya millisini qəbul edən Azərbaycan yığmasının baş məşqçisi Nikola Yurçeviç oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.Baş məşqçi bildirib ki, Xorvatiya mənin vətənimdir, amma bu gün Azərbaycanın uğur qazanması üçün çalışdıq. Bu gün azarkeşlərin özlərini xoşbəxt hiss etməsindən şadam."Tənqid üçün açıq insanam. Heyəti başqa oyunçulardan qursaydım qələbə qazanardıq, ya yox, buna cavab vermək çətindir. Həqiqətən də Macarıstan və Slovakiyaya qarşı yaxşı oyun göstərə bilmədik. Bunun bir sıra səbəbləri olsa da, əsas göstərici fiziki hazırlığımızın yüksək olmaması idi. İki yolumuz var: nəyin hesabına olursa-olsun xal qazanmaq, ya da gələcək üçün yeni oyunçular hazırlamaq. Bugünkü heyətimizdə Emil Balayev, Anton Krivotsyuk, Bəhlul Mustafazadə, Mahir Emreli, Ömər Buludov, Renat və Rüfət Dadaşovlar kimi gələcəkdə komandamıza xidmət edəcək istedadlı gənclər var", - deyə N.Yurçeviç əlavə edib.Emil Balayevin bugünkü oyununu brilyanta bənzədən baş məşqçi deyib: "Əsasən də oyunun ilk 15-20 dəqiqəsində onun çıxışını qeyd edərdim. Çünki rəqibimiz matça çox istəkli və sürətli başlamışdı".Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena"da təşkil olunan Azərbaycan-Xorvatiya oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb və millimiz "Avro 2020"nin seçmə mərhələsində ilk xalını qazanıb.

sia.az

Digər xəbərlər