Xəbərlər

  • 4 090

Cüdoçularımız Yaponiyada təlim-məşq toplanışındadırlar

image

Azərbaycanın cüdo üzrə kişi və qadınlardan ibarət milli komandalarının aparıcı üzvləri Yaponiyanın paytaxtı Tokioda təlim-məşq toplanışındadırlar. SİA-nın məlumatına görə, tatami ustaları millinin baş məşqçiləri Ruslan Maşurenko və Rəşad Məmmədov, eləcə də məşqçi Elxan Məmmədovun rəhbərliyi altında gündə 2 dəfə məşq edərək gələcək beynəlxalq yarışlara hazırlaşırlar.Tokio toplanışında Kəramət Hüseynov, Oruc Vəlizadə, Davud Məmmədsoy, Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Murad Fətiyev, Məmmədəli Mehdiyev, Elmar Qasımov, Zelim Kotsoyev, Uşanqi Kokauri, İçinxorlo Munxtsedev, Aişə Qurbanlı, Leyla Əliyeva, Aleksandra-Larisa Florian və Gültac Məmmədəliyeva iştirak edirlər.Qeyd edək ki, Azərbaycan cüdoçularının bu il ən ciddi və son sınağı 12 - 15 dekabrda Çində keçiriləcək nüfuzlu "Masters" yarışı olacaq. Dünyanın ən güclü cüdoçularının qatılacağı beynəlxalq turnir 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.Azərbaycanın aparıcı cüdoçuları Yaponiyada təlim-məşq toplanışındadırlar.

sia.az

Digər xəbərlər