"Qalatasaray"ın futbolçusu "Ayaks" yolunda

"Qalatasaray" futbolçusu Rayan Babellə yolları ayırmağa qərar verib.

SİA Niderlandın "De Telegraaf" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu ilə "Ayaks" maraqlanır. Amsterdam təmsilçisinin niderlandlı futbolçunu transfer etmək üçün danışıq apardığı bildirilir.
Niderland millisinin üzvü yayda "Fulhem"dən "Qalatasaray"a azad agent statusu ilə keçib. Babel bu mövsüm 15 oyuna 5 qol vurub, 1 qol ötürməsi edib.

sia.az