Xəbərlər

  • 7 863

Güləş yığmamızın təlim-məşq toplanışı davam edir

image

Yunan-Roma güləşi üzrə yığmamız Rusiyada təlim-məşq toplanışını davam etdirir. SİA-nın məlumatına görə, yanvarın 2-dən Saransk şəhərində hazırlığa start verən millimiz Mordoviya komandası ilə birgə məşqləri davam etdirir. Baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında baş tutan hazırlıq prosesi yanvarın 16-dək davam edəcək.Qeyd edək ki, yunan-Roma güləşçilərimiz üçün 2020-ci ilin ilk yarışı yanvarın 18-19-da Fransanın Nitsa şəhərində Olimpiya çempionu Anri Deqlanın xatirəsinə keçiriləcək “Qran-pri” turnirində olacaq.

sia.az.

Digər xəbərlər