İspaniya Superkubokunun ikinci finalçısı "Atletiko Madrid” olub

İspaniya Superkubokunun ikinci yarımfinal oyunu keçirilib.SİA xəbər verir ki, ikinci oyunda “Barselona” “Atletiko Madrid” komandası ilə üz-üzə gəlib.“Kinq Abdullah Sports City” stadionunda keçirilən görüşdə Madrid təmsilçisi 3:2 hesab ilə qələbə qazanıb.Oyunda hər beş qol ikinci hissədə vurulub.Görüşün 46-cı dəqiqəsində Koke “Atletiko”nu hesabda önə keçirib - 0:1. Qoldan beş dəqiqə sonra Lionel Messi hesabı bərabərləşdirib - 1:1. Matçın 62-ci dəqiqəsində Antuan Qrizman köhnə komandasının qapısına yol taparaq “Barselona”nı hesabda irəli çıxardıb - 2:1.Qarşılaşmanın 81-ci və 86-cı dəqiqələrində Madrid təmsilçisi ardıcıl iki qol vuraraq İspaniya Superkubokunun finalına yüksəlib. Alvari Moratta və Anxel Korea komandaların vacib qolların vurublar.Madridlilər finalda “Real Madrid” klubu ilə qarşılaşacaq.“Real Madrid” yanvarın 8-də “Valensiya” klubunu 3:1 hesabı ilə məğlub edərək finala yüksəlmişdi.Qeyd edək ki, İspaniya Superkuboku Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilir.Turnirin final görüşü yanvarın 12-də reallaşacaq. Həlledici görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

sia.az