Xəbərlər

  • 23 638

"Mançester Yunayted" və "İnter" Avropa Liqasının yarımfinalında

image

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.SİA xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. "Mançester Yunayted" Kölndə "Kopenhagen"lə qarşılaşıb. 90 dəqiqə ərzində qapılara qol vurulamıb. Yeni qaydalara əsasən bu mərhələ bir oyundan ibarət olduğundan qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib. 94-cü dəqiqədə Bruno Fernandeş penaltini dəqiqə yerinə yetirərək "Mançester Yunayted"ə qələbə qazandlrlb.
Milan "İnter"i isə Düseldorfda "Bayer"lə (Leverkuzen) qarşılaşıb və 2:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.
10 avqust
23:00. "Mançester Yunayted" - "Kopenhagen" - 1:0
Qol: Bruno Fernandeş, 94-pen.
23:00 "İnter" - "Bayer" (Leverkuzen) - 2:1
Qollar: Barella, 15 (1:0), Lukaku, 21 (2:0), Haverts, 24 (2:1)
11 avqust
23:00. "Şaxtyor" (Donetsk) - "Bazel"

23:00. "Vulverhempton" - "Sevilya"

sia.az

Digər xəbərlər