Futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Son turda səfərdə “Everton”a məğlub olan “Çelsi” bu dəfə “Vulverhempton”un qonağı olub. London təmsilçisi bu dəfə də meydanı məğlub tərk edib.
Günün digər matçında “Mançester Siti” doğma meydanda autsayderlərdən olan “Vest Bromviç”i qəbul edib. “Şəhərlilər” də bu oyundan xal itkisi ilə ayrılıblar.
İngiltərə Premyer Liqası
13-cü tur
15 dekabr
Vulverhempton – Çelsi 2:1
Qol: Podense, 66. Neto, 90+5 – Jiru, 49.
Mançester Siti – Vest Bromviç 1:1
Qol: İ.Gündoğan, 30 – R.Dias, 43-öz qapısına.
16 dekabr
22:00 Arsenal – Sauthempton
22:00 Lester – Everton
22:00 Lids – Nyukasl
00:00 Liverpul – Tottenhem
00:00 Vest Hem – Kristal Pelas
00:00 Fulhem – Brayton
17 dekabr
22:00 Aston Villa – Bernli
00:00 Şeffild Yunayted – Mançester Yunayted

sia.az