Xəbərlər

  • 2 423

Tərtərdə qaydalara riayət edilməyən toylar aşkar edilib

image

Tərtər Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının rayon ərazisində birgə keçirdikləri tədbirlər nəticəsində qayda pozuntusunun baş verdiyi 3 toy məclisi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, yoxlamalar zamanı restoran və istirahət mərkəzlərində keçirilən həmin toy məclislərində qonaqların sayı qərarla müəyyən edilmiş saydan artıq olduğu müəyyən edilib.

Müəyyən edilən qayda pozuntuları ilə əlaqədar ümumilikdə 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Digər xəbərlər