Xəbərlər

  • 2 515

16 mərtəbəli binada yanğın baş verib - RƏSMİ AÇIQLAMA

image

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, ilkin məlumata əsasən, yanğın nəticəsində binanın şaxtasından (1-ci mərtəbədən 16-cı mərtəbəyə kimi) keçən elektrik kabelinin izolyasiyaedici üzlüyü yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Baş verən yanğın nəticəsində 5 nəfər xəsarət alıb. İki polis əməkdaşı və Fövqəladə Hallar Nazirliyinin (FHN) bir hərbi qulluqçusu vətəndaşların həyatını xilas edərkən tüstüdən boğulma ilə xəstəxanaya çatdırılıb.

Habelə, daha iki vətəndaş (qadınlar) tüstüdən boğulma ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri qənaətbəxşdir, həyat təhlükəsi olmadığı bildirilir.

Nərimanov Rayon Polis İdarəsinin Post Patrul xidmətinin əməkdaşları FHN-in və digər aidiyyatı qurumların nümayəndələri ilə birlikdə bir sıra vətəndaşları xilas ediblər.

Digər xəbərlər