Sosial mediadan düzgün istifadə strategiyası

Son vaxtlar sosial medianın təhlükələri ilə bağlı çoxlu məqalələr, sənədli filmlər və xəbərlərlə qarşılaşırıq. Bəs sosial medianı, ağıllı istifadə etmək mümkündürmü? Müasir dünyanın insanı olaraq texnologiyadan düzgün istifadə etməyi öyrənməliyik. Digər tərəfdən isə bu həyatımızın mərkəzinə qoyulmamalıdır. Bu nöqteyi-nəzərdən izləniləcək sərhəd və tarazlıq vacib məsələdir.

Qlobal sosial media qurumları “We Are Social” və “Hoot suite” tərəfindən yayımlanan hesabata görə, yeniyetmələrin yüzdə 70-i internetdən istifadə edir. Bundan əlavə insanlar gündə ortalama 7 saat internetdə vaxt keçirirlər.

Mütəxəssislər düşünür ki, sosial media daha da təhlükəli hala gəlmir, dünya onsuzda mövcud olan təhlükələri dəyişir. Əvvəllər saatlarla televiziya və ya kompüter oyunları qarşısında keçirirdik, indi saatlarla sosial media qarşısında keçiririk.

Əvvəllər saxta xəbərlər, böhtanlar, ağızdan-ağıza gəzən şaiələr ənənəvi media vasitəsi ilə yayılırdısa, indi eyni şeylər sosial mediadan da yayılır. Başqa sözlə, düşünürəm ki, sosial media mövcud olmayan hər hansı bir problem yaratmadı, mövcud problemlərin formasını dəyişdirməyə və inkişaf etdirməyə imkan verdi. Düşünürəm ki, bu problemlərin mahiyyəti sosial media ilə əlaqəli deyil, sosial mediada yaşananlar xəstəliyin özü deyil, yalnız bir simptomdur.

Sosial mediadan düzgün və təhlükəsiz necə istifadə etməliyik?

Mütəxəssis bu barədə öz həyat tərzini bölüşüb. Sosial mediadan necə düzgün istifadə ediləcəyinə gəlincə, düşünürəm ki, bu, çox şəxsi qərardır. Özüm üçün çox da istifadə etmədiyim “Facebook” və bir “Linkedin” hesabım var. Başqa heç bir platformadan istifadə etmirəm, açığı, bunun pis bir cəhətini də hiss etmirəm. Çox əhəmiyyətli hadisələr olanda ümumi fikirləri izləmək üçün “Twitter”-ə baxıram, amma bunu mütəmadi olaraq etmirəm. Məni tanıyanlar bilir ki, e-poçt istisna olmaqla 1-2 gün ərzində mesajlara cavab verirəm, çünki bildirişlərim bütün tətbiqlər üçün söndürülüb. Buna təcrid demək olmaz. Sadəcə öz sağlamlığıma nəzarət edirəm.

Bir sözlə, təklifim budur ki, hər kəs öz zəif cəhətlərini dərk etsin və buna uyğun olaraq şəxsi plan hazırlasın. Əlbəttə ki, bunlar böyüklər üçün tövsiyələrimdir, düşünürəm ki, azyaşlılar barədə qərar vermək valideynlərin səlahiyyətinə aiddir. Valideynlərin bu bölgünü 7-8 yaşlı bir uşaqdan, hətta 13-14 yaşlı bir yeniyetmədən gözləməsi çox haqsızdır.

Xüsusilə uşaqların kompüter qarşısında keçirdiyi vaxtın məsafəli təhsillin gəlişi artması da işləri çətinləşdirdi. Hər bir valideyn, əlbəttə ki, öz övladını daha yaxşı tanıyır, amma tövsiyə kimi ailələrlə bu tip problemi olan uşaqlar haqqında danışmaq lazımdır. Uşaqların sosial mediadan uzaq durmaları çətinlik yaratsa belə onlar bunu valideynləri ilə bölüşməli və ortaq bir plan təyin etməlidirlər.

Onların sosial mediasının tamamilə qadağan edilməsinin məsələnin həlli olduğunu düşünmürəm, amma 9-10 yaşlı uşaqların telefona və ya sosial media hesabına sahib olması da labüd deyil. Düşünürəm ki, texnologiyanı tamamilə qadağan etmək və ya tamamilə azad buraxmaq deyil, onu düzgün istifadə etmək lazımdır. Bu vərdişi əldə etmək barəsində əsaslı bir strategiya qurulmalıdır.