"Barselona" Fati ilə müqaviləni yeniləyir

"Barselona" gənc hücumçu Ansu Fati ilə müqaviləni yeniləyəcək.

(spaniyanın "Mundo Deportivo" nəşri xəbər verir ki, gənc hücumçu Kataloniya klubunun təklifini qəbul edib. Onunla uzunmüddətli müqavilə imzalanacağı gözlənilir. Fatinin "Barselona" ilə hazırkı sözləşməsi mövsümün sonuna qədərdir.

Qeyd edək ki, İsapaniya millisinin də üzvü olan 18 yaşlı futbolçu "Barselona"nın yetirməsidir. O, 2019-cu ildən klubun əsas komandasında oynayır.