Xəbərlər

  • 607

YAP GB Metyu Brayza ilə videokonfrans formatında görüş keçirib - FOTOLAR

image

Oktyabrın 20-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə “Vətən müharibəsinin bir illiyi: müharibədən sonra inkişaf və perspektivlər” mövzusunda Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki sabiq səfiri Metyu Brayza ilə videokonfrans formatında görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə YAP Gənclər Birliyinin üzvləri və fəal gənclər iştirak ediblər.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində əldə olunan böyük Zəfərdən danışıb. İşğaldan azad edilən torpaqlarımızda Böyük Qayıdış strategiyasının həyata keçirilməsi ilə Azərbaycanın bölgədə dayanıqlı sülhün inkişafına töhfə verəcəyini qeyd edib.

Sonra görüşün moderatoru, YAP Gənclər Birliyinin üzvü Anastasiya Lavrina Vətən müharibəsindən sonrakı mərhələdə gənclərin analitik məlumatlarla təmin olunmasının önəmini diqqətə çatdırıb, ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayzaya mövzu ətrafında suallar ünvanlayıb.

YAP Gənclər Birliyinə dəvətə və göstərilən diqqətə görə təşəkkürünü bildirən Metyu Brayza postmünaqişə dövründə regiondakı siyasi və iqtisadi perspektivlər, bölgədəki sülh prosesinin inkişafı və bu prosesin sürətləndirilməsi üçün atılacaq addımlara dair öz fikirlərini görüş iştirakçıları ilə bölüşüb.

Qeyd edək ki, videokonfrans formatında keçirilən görüş Yeni Azərbaycan Partiyasının və YAP Gənclər Birliyinin facebook səhifələrindən canlı şəkildə yayımlanıb.

Digər xəbərlər