PDF Oxu

Xəbərlər

  • 3 821

Bu gün Ümumdünya Yer Kürəsi Günüdür

image

20 mart -Yer Kürəsi Günüdür. Qeyd edək ki, əvvəllər bu, "Ağac Günü" adı ilə qeyd olunub.

Bu bayramın keçirilmə tarixi XIX əsrin 70-ci illərinə təsadüf edir. ABŞ-ın Nebraska ştatının sakini Corc Sterlinq Mortona ştatın yaşıllaşdırılmasına başlamaq üçün əhaliyə müraciət etmişdi. Onun özü və ailəsi ilk olaraq ağac əkməyə başlamışdı.

1990-cı ildən etibarən Yer Günü beynəlxalq səviyyədə qeyd olunmağa başlanılıb və bu münasibətlə keçirilən tədbirlərdə iştirakçıların sayı 141 ölkəni əhatə edərək 200 milyona çatıb. 2000-ci ildə artıq 181 ölkənin iştirakı ilə yüz milyonlarla insan bu günü qeyd edib. Hazırda dünyanın 192 ölkəsində bu gün müxtəlif aksiyalar ilə yadda qalır.

Yer Günü əsasən, iki tarixdə - martın 20-21-də və aprelin 22-də qeyd olunur. Birincisi sülhməramlı və humanist, ikincisi isə ekoloji istiqamətə malikdir.

Martın 20-sinin 1971-ci ildə BMT tərəfindən Yer Günü seçilməsi yaz gecə-gündüz bərabərliyi günündə planetin bioloji ritminin dəyişməsi, təbiətin oyanıb özünü yenilədiyi zaman öz inkişafının yeni mərhələsinə qədəm qoyması ilə əlaqədardır. BMT-nin müraciətində deyilir: “Yer Günü bütün insanların diqqətini Yer planetini onların ümumi evi kimi dərk etməyə, bütün yer üzünün birliyini və bir-birimizdən qarşılıqlı asılılığı hiss etməyə yönəltmək məqsədi daşıyan xüsusi gündür”.

Digər xəbərlər