Yeni Azərbaycan Partiyası (YAP) Sədərək rayon təşkilatının və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Sarayında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.Əvvəlcə Heydərabad qəsəbəsində Ümummilli Liderin büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov, partiya üzvü Vüsalə Əliyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin bütün həyatı boyunca Vətəninə, xalqına bağlılıq nümunəsi göstərdiyini, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəmədiyini bildiriblər. Qeyd olunub ki, Naxçıvanın davamlı inkişafında böyük xidmətləri olan Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim muxtar respublikanı diqqətdə saxlayıb.
Çıxışlarda Ulu Öndərin Bakıya, oradan isə Naxçıvana qayıtmasından, taleyüklü qərarlar qəbul etməsindən, muxtar respublikanı işğaldan qurtarmasından, yenidən hakimiyyətə gələrək ölkənin hərbi, iqtisadi, mədəni cəhətdən inkişaf etdirilməsi uğrunda atdığı addımlardan ətraflı bəhs edilib.
Tədbirdə partiya sıralarına qoşulan bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir konsert proqramı ilə davam edib.