Xəbərlər

  • 31 021

Azərbaycan və Litva prezidentlərinin məhsuldar görüşü ŞƏRH

image

Azərbaycan Respublikası nəinki indiki dövrdə, hətta sovetlər dönəmində hər bir qonşu və ittifaqa daxil olan ölkələrlə sıx münasibəti olmuşdur. Bu ölkələrdən biri də Baltikyanı ölkələrdən olan Litva Respublikasıdır. Bu münasibət indiki dövrə qədər də qorunub saxlanılmaqdadır. Azərbaycan-Litva münasibətlərini daha da sıx edən proses təkcə tarixi kökə söykənmir, hər iki ölkənin BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqları mövcuddur. May ayının 18-də Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycan Respublikasına rəsmi səfəri olmuşdur. Rəsmi qarşılanma mərasimindən sonra, hər iki dövlət başçısı arasında ikitərəfli görüş keçirilmiş, mətbuat qarşısında çıxış etmişlər.

Həmin gün Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes formu keçirilmişdir. Dövlət başçıları biznes forumda iştirak və çıxış etmiş, mühüm sənədlərin imzalanma prosesi aparılmışdır. Azərbaycan-Litva arasında strateji əməkdaşlığın yüksəlməsi, ikitərəfli əlaqəni təmin etmək məqsədi ilə 6 mühüm sənəd imzalanmışdır. Bu sənədlər ölkələrin qarşılıqlı əlaqə göstəricilərinə öz müsbət təsirini göstərəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev biznes forumda çıxışı zamanı Litva Prezidenti ilə ikitərəfli görüşündə hər iki ölkənin iqtisadi, ticarət, nəqliyyat, kənd təsərrüfatı, təhsil, idman və digər sahələrdə geniş aspektə müzakirə apardığını və bu mövzuda daha da sıx əməkdaşlıq etmələrinin lazımlı olduğunu vurğulamışdır. Prezident İlham Əliyev Litva Prezidenti ilə postmünaqişə və postmüharibə dövründə olan preseslərdən də söhbət açmışdır və İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatının yaradılması üçün imkanın olduğunu da qeyd etmiş, postmünaqişə ölkələr arasında sərhədlərin delimitasiyasından və qəbul olunan 5 prinsip barədə məlumat vermiş, Ermənistanın münaqişənin həllinə destruktiv mövqedən yanaşdığını diqqətə çatdırmışdır. Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktına və beynəlxalq hüquq normalarına uyğun olsa da, lakin Ermənistan tərəfi bu prosesi uzatmaqda davam etməkdədir.

Behbud QULUZADƏ,

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər