Siyasət

  • 790

Ulu Öndərin yaratdığı YAP sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edir ŞƏRH

image

Hər kəsə məlumdur ki, Yeni Azərbaycan Partiyası saflıq, saf niyyət üzərində qurulmuş bir partiyadır. Bu partiya Azərbaycanın tarixi köklərinə, milli- mənəvi dəyərlərinə söykənərək ümumbəşəri dəyərlərdən bəhrələnərək yaranan ümumi xalq partiyasıdır. Yeni Azərbaycan Partiyası - milli siyasi iradəni təmsil edən aparıcı qüvvə, xalqın ali mənafeyinin ifadəçisidir. Yarandığı andan etibarən Azərbaycanın tarixində əsaslı dəyişikliklərə yol açan, strateji inkişafa imza atmışdır. Həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə fəaliyyətləri genişləndirən partiya yeni keyfiyyətlər əldə etmişdir. Bu gün Yeni Azərbaycan Partiyası cənubi Qafqazın ən böyük partiyası olmaqla xalq partiyası kimi formalaşmışdır. 1992- ci ilin ağır sosial- siyasi, iqtisadi dövründə respublikanın 91 nəfər ziyalısı " Səs qəzeti" vasitəsi ilə Heydər Əliyevə müraciət etdi. 1992- ci ilin noyabrında Naxçıvanda Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası yaradıldı. Partiya fəaliyyətə başladı. Partiyanın təsis konfransı 21 noyabr 1992- ci ildə keçirildi. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildi. Adından göründüyü kimi partiyanın qarşısında duran məqsəd yeni totalitarizmin buxovlarından azad olan, həmçinin ictimai- siyasi cəhətdən sabit olan Azərbaycanın qurulmasından, demokratik inkişaf yolunun seçilməsindən ibarətdir. Nizamnamədə də qeyd edilirdi ki, partiya hakimiyyət uğrunda mübarizə aparan bir partiya yaranmayıb. Partiya Azərbaycanın bu ağır günündə ölkəmizin ictimai- siyasi həyatında iştirak etmək və Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq üçün yaranmışdır. 1993- cü il oktyabrın 3-də Heydər Əliyev ölkə prezidenti seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Azərbaycanda demokratik, hüquqi, sivil dövlət quruculuğu istiqamətində bəyanatların acıq şəkildə reallaşmasına başlanıldı. Yeni Azərbaycan Partiyasına inamın artmasına səbəb də məhz bu məqsədlərin kağızda qalmaması, əməli işdə özünü təsdiqləməsi oldu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması ilə müasir tipli siyasi sistemin, yeni siyasi mədəniyyətin əsası qoyuldu. Daxili və xarici siyasətin prinsiplərinə ehtiva edən mükəmməl milli inkişaf proqramı hazırlanıb həyata keçirildi. Xalq milli-mənəvi və ümumbəşəri dəyərlərə əsaslanan azərbaycançılıq, milli birlik ideologiyası ətrafında birləşdi. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu istiqamətində mühüm tarixi nailiyyətlər əldə olundu. Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanda aparıcı qüvvə, dövlət siyasətinin reallaşmasında əsas faktordur. Partiya üzvlərinin sayı durmadan artır. Bu say özlüyündə partiyanın məram və məqsədlərinin hər bir vətəndaş üçün qəbul edildiyinin nəticəsidir. Digər vacib bir xüsusiyyət, partiya sıralarına qoşulanların 40 faizi gənclərdir. Bu gün gənclik Yeni Azərbaycan Partiyasını təkzib edilməz güc kimi qəbul edir, respublikamızın inkişafa, gələcək doğrulara aparan yeganə qüvvə kimi tanıyır. Yeni Azərbaycan Partiyasının amalı qüdrətli Azərbaycan, müstəqillik, inkişaf, sosial rifahdır. Bu illər ərzində tarixi sınaqlardan, çətin dövrlərdən keçməklə əldə edilən nailiyyətlər Yeni Azərbaycan Partiyasının adıyla bağlıdır. Yeni Azərbaycan Partiyası Azərbaycanın uğurlu, parlaq gələcəyini təmin edə biləcək yeganə partiyadır. Bütün bunlar təsdiq edir ki, ölkə qarşısında duran vəzifələr Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə bundan sonra da uğurla Umum milli Liderin- Heydər Əliyevin siyasi irsinə varislik ruhunda davam edəcək. Bu gün Azərbaycanda Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında Azərbaycanın tərəqqi atributuna çevrilmişdir. Biz bundan sonra da Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq doğma vətənimizə, xalqımıza ləyaqətlə, sədaqətlə xidmət edəcəyik.

Yaşasın Yeni Azərbaycan Partiyası!
Yasasın Liderimiz Heydər Əliyevin əsəri olan müasir, müstəqil Azərbaycan Respublikası!

Sevda Sadıqova
YAP fəalı, Şəki şəhər 11 saylı tam orta məktəbin müəllimi

Digər xəbərlər