PDF Oxu

Sosial

  • 497

“Dayanıqlı inkişafda yaşıl hidrogen enerji mənbələrinin rolu” FOTO

image

” Sosial İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə “Dayanıqlı inkişafda yaşıl hidrogen enerji mənbələrinin rolu” ilə adlı layihəsini həyata keçirir. Layihənin məqsədi enerji sektorunun dayanıqlı inkişafına töhfə vermək, bərpa olunan enerji mənbələrinin yerli şəbəkələrə inteqrasiyasını gücləndirməsi ilə maarifləndirici tədbirlərin həyata keçirlməsindən ibarətdir. Ucar və Ucar və Ağcabədi rayonlarında gənclərin və yerli bələdiyyə,təhsil işçiləri və icma nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə əvvəlcə çıxış edən, layihə rəhbəri, QHT sədri Rahilə Mehdiyeva layihə haqqında məlumat verdi. Sonra tədbirdə iştirak edən layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov mövzu ilə bağlı geniş çıxış edərək, qeyd etdi ki , gələcək də yaşıl hidrogen, külək və günəş kimi bərpa olunan enerji mənbələrinin gücündən istifadə etməklə, ağır nəqliyyat və istehsalat kimi elektrikləşdirilməsi çətin olan sənaye sahələrinin karbondan təmizlənməsinə kömək edə bilər. Bu layihələr qlobal karbon izlərini azaltmaq və enerji təhlükəsizliyini təşviq etmək üçün yaşıl hidrogenin potensialı haqqında məlumatlılığı artırmaq məqsədini daşıyır. Bu innovativ texnologiya haqqında ictimaiyyətin maarifləndirilməsi davamlı enerji həllərinin iqtisadi artıma, ətraf mühitin mühafizəsinə və sosial tərəqqiyə necə təkan verə biləcəyini düşünürük. Dəyirmi masa ətrafında keçirilən bu tədbirlərdə iştirak edən ekspertlər Aybəniz Qəhrəmanova, Rahilə Rəhimova və digər nümayəndələr regionlarda iqtisadi və dayanıqlı inkişafda enerji mənbələrinin əhəmiyyəti ilə bağlı birgə müzakirələrlə çıxış etdilər. Tədbirdə layihə çərçivəsində hazırlanmış dəftərxana sumka və dəftərxana materialları iştirakçılara paylanılaraq tədbir yekunlaşdı.

Digər xəbərlər