Siyasət

  • 2 359

Cənnət məkan- Kəlbəcər

image

“Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar“

Ulu Öndər Heydər Əliyev

Nəhayət ki, o gün gəldi. Ulu öndər o günü görə bilməsədə onun ruhu rahatdır.Çünki Kəlbəcər bizimdir. Kəlbəcər Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi.Kəlbəcər rayonunun inzibati mərkəzi Kəlbəcər şəhəridir. Kəlbəcər ən qədim insan məskənlərindən biridir. "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir.Ərazisinin çox hissəsi meşəlik olan Kəlbəcər Qarabağın ən yüksək dağ rayonudur.Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşüb. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.
Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən dağıdılmışdır.Kəlbəcəri cənnət məkan adlandırsaq heç də yanılmış olmarıq. Qafqaz geologiyasının atası hesab edilən V.Avix Kəlbəcər haqqında demişdir ki: “Kim Tərtərçay dərəsi boyunca seyr etməmişdirsə, İsveçrənin gözəlliyinə yalnız o məftun ola bilər”. Otuz mindən artıq bulağı , şəfalı bitki örtüyü olanKəlbəcər sanki təbiətin canlı muzeyidir. Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicə - balneoloji təsirə malik mineral su yataqları da məhz bu gözəl diyarda yerləşir. Kəlbəcər deyəndə yada düşənlərdən biridə min bir dərdin dərmanl təbiətin Kəlbəcərə bəxş etdiyi ən gözəl nemətlərdən biri olan İstisudur. İstisu Kəlbəcərin qərb hissəsində silsilə dağ yamaclarındadır. Göyçə gölündən 300 verstlik yolda yerləşir. Dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir.Kəlbəcər nəinki İslam tarixi abidələri ilə, həmçinin qədim alban qalaları və məbədləri ilə zəngindir. Bu abidələrdən biri də Xudavəng məbəd kompleksidir. Kəlbəcər işğal altında olduğu dövrdə ermənilər bu monastırı “Qanzasar” erməni monastır kompleksi kimi dünyaya təqdim etmişlər. Bundan başqa Gəncəsər monastır kompleksi, Kəlbəcər tarix diyarşünaslıq muzeyi, Lev qalası və bir çox tarixi memarlıq abidələri erməni vandalizminə məruz qalmışdır. Amma artıq cənnət məkan Kəlbəcər öz azad və çiçəkli günlərinə qovuşdu. Kəlbəcər rayonunun işğaldan azad olunduğu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etdi.Noyabrın 20-də Azərbaycan Ağdamı, Noyabrın 25-də isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirdi. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir. Artıq onun üzərində düşmənin yox öz xalqımızın ayaq izləri olacaq. Artıq Kəlbəcər özünün çiçəklənmə dövrünü yaşayır. İşğaldan azad olunmuş bir çox torpaqlarımız kimi orda da yenidenqurma və bərpa isləri aparılır.Qısa zaman ərzində enerji infrastrukturlarının inşa və bərpa edilməsi, Murovdağ silsiləsinin altından keçən tunelin tikinti işlərinin aparılması, ümumiyyətlə, buraya qoyulan investisiyalar Kəlbəcərin gözəlləşdirilməsi üçün görülən işlərdir.Bu torpaqları öz sahiblərinə geri verən, işğaldan azad edən qəhrəman oğullarımıza təşəkkür edir, şəhidlərimizin ruhunu dərin ehtiramla yad edirik.

Aysel Əliyeva
Xəzər rayonu, H.Z.Tağıyev adına 123 № li məktəbin müəllimi

Digər xəbərlər