Siyasət

  • 1 744

Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz sahibidir

image

Yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxış edən Prezident İlham Əliyev Orta Dəhliz layihəsinin müasir dövr üçün əhəmiyyətindən danışdı. Hazırda çox aktual olan layihənin üstünlükləri ondan ibarətdir ki, iştirakçı ölkələr arasında yaxşı münasibətlər mövcuddur. İstənilən çoxmillətli təşəbbüsdə isə uğur qazanmağın əsas şərtlərindən biri məhz yaxşı münasibətlər və yüksək əməkdaşlıq mühitinin olmasıdır. Azərbaycan özünün qərbində yerləşən Gürcüstan və Türkiyə, eyni zamanda, şərqində yerləşən ölkələrlə çox yaxşı münasibətlərə malikdir. Həmçinin ölkəmizin geniş nəqliyyat-tranzit imkanları vardır. Ölkə başçısının həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində isə Azərbaycanda bu sahə ilə bağlı müasir infrastruktur yaradılmışdır. Nəticədə Orta Dəhliz çox əlverişli bir layihəyə çevrilmişdir. Panel iclasında Prezident cənab İlham Əliyev layihə çərçivəsində bir sıra zəruri əməkdaşlıq istiqamətləri haqqında da fikir bildirdi.Azərbaycan hər zaman əməkdaşlıqda maraqlı olan ölkədir. Son dövrlər dünyada cərəyan edən geosiyasi hadisələr fonunda isə ölkəmizlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı xeyli artmışdır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkədir. Bu sahə ilə bağlı müvafiq sazişlər də imzalanmışdır. Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında Prezident cənab İlham Əliyev qeyd etdi ki, Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün Azərbaycan gərgin çalışır. Belə ki, TANAP 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndiriləcək. Lakin əlavə maliyyələşmə tələb olunacaq. Ümumiyyətlə, ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumuna əsasən ölkəmiz 2027-ci ilə qədər təchizatı iki dəfə artırmağı nəzərdə tutur. Azərbaycan Avropaya təbii qazla yanaşı elektrik enerjisi də ixrac etməyi planlaşdırır. Bunun üçün ölkəmizdə çox böyük yaşıl enerji potensialı vardır. Ölkəmizin qurudakı potensialı 27 qiqavat, Xəzər dənizinin külək potensialı isə 157 qiqavatdır. Həmçinin Qarabağ və Şərqi Zəngəzurda 10 qiqavat potensial mövcuddur. Ümumilikdə ölkəmizin yaşıl enerji potensialı demək olar ki, 200 qiqavata yaxındır. Azərbaycan istehsal edəcəyi yaşıl enerjini ixrac etmək üçün infrastrukturun yaradılmasında da maraqlıdır. Odur ki, bununla bağlı lazımi işlər həyata keçirilməkdədir. Belə ki, keçən ilin dekabrında Gürcüstandan Rumıniyaya gücü 4 qiqavat olan sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzalanıb. Hazırda xəttin texniki-iqtisadi əsaslandırma işləri aparılır. Panel iclasında çıxış edərkən Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətləri haqqında da fikir bildirdi. Ölkə başçısı diqqətə çatdırdı ki, Ermənistan Azərbaycanın çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifinə cavab verməyib. Həmçinin Azərbaycan liderlərin Gürcüstanda görüşmək və üçtərəfli əməkdaşlıq formatına başlamaq təklifini də irəli sürmüş, lakin bu təklif Ermənistan tərəfindən rədd edilmişdir.

Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri

Digər xəbərlər