PDF Oxu

Siyasət

  • 1 232

Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

image

“Konstitusiya və Suverenlik İli” çərçivəsində və Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası təşkil olunub.

Aksiyada YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon təşkilatının nümayəndələri, partiya fəalları, Vətən müharibəsi iştirakçıları, bələdiyyə sədrləri, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və “DOST” MMC-nin əməkdaşları iştirak ediblər.
Aksiya çərçivəsində Tərtər-Bərdə avtomobil yolunun kənarlarında 180 ədəd Eldar şamı əkilib. Əkilən ağaclar suvarılıb, mövcud yaşıllıqların dibi yumşaldılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.

Digər xəbərlər