Siyasət

  • 3 317

Azərbaycan regionda əsas tranzit ölkədir ŞƏRH

image

Azərbaycan geniş tranzit-nəqliyyat imkanlarına malik olan ölkədir. Ölkəmizin yerləşdiyi coğrafi mövqe, həmçin bu sahədə yaradılan müasir standartlara cavab verən infrastruktur əminliklə belə deməyə əsas verir. Bu gün Azərbaycan bir çox regional və beynəlxalq əhəmiyyətli həm enerji, həm də nəqliyyat layihələrinin iştirakçısıdır. Həmin nəqliyyat layihələrindən biri də Orta Dəhliz layihəsidir. Dünyada baş verən geosiyasi proseslər fonunda Orta Dəhliz layihəsi daha çox aktuallıq kəsb edir. Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı zamanı Prezident İlham Əliyev layihənin əhəmiyyətindən bəhs edərkən qeyd etdi ki, iştirakçı ölkələr arasında yaxşı münasibətlərin olması Orta Dəhlizin əsas üstünlüklərindəndir. Bu cür layihələrin uğur qazanmasında əsas şərtlərdən biri də məhz iştirakçı ölkələr arasında münasibətlərin yaxşı olmasıdır. Ölkə başçısının həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanın böyük əksəriyyət ölkələrlə çox yaxşı münasibətləri formalaşıb. Həmçinin ölkə daxilində nəqliyyat infrastrukturunun inkişafı üçün böyük həcmdə sərmayə yatırılıb. Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malik olan Azərbaycan hazırda yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanına sahibdir. Dəniz limanının yükaşırma qabiliyyətinin 25 milyon tona qədər genişləndirilməsi planlaşdırılıb. Ümumiyyətlə, ölkəmizdə yaradılan müasir nəqliyyat infrastruktur obyektləri Azərbaycanın daha çox yük qəbul etmə imkanlarının olduğunu təsdiqləyir. Bu isə ölkəmizin regionda tranzit ölkə kimi rolunu daha da artırır. Ölkə başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı davamlı olaraq şaxələndirilmiş formada inkişaf edir. Nəqliyyat sahəsi də ölkəmizin ixracını şaxələndirməyə əlavə imkanlar yaradır.Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel iclasında Prezident İlham Əliyev ölkəmizin əsas ixrac sahəsi olan enerji məhsulları, xüsusilə də təbii qaz ixracı ilə bağlı fikir bildirdi. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan və Avropa Komissiyası arasında ötən yay anlaşma memorandumu imzalanmışdır. Memoranduma əsasən ölkəmiz 2027-ci ilə qədər təbii qaz təchizatını iki dəfə artırmağı nəzərdə tutur və bunun üçün mühüm işlər həyata keçiriləcəkdir. Belə ki, Avropada daha çox interkonnektorlar olmalı, həmçinin TAP və TANAP-ın həcmi iki dəfə genişləndirməlidir.Panel iclasında Prezident İlham Əliyev Azərbaycanın böyük həcmdə yaşıl enerji potensialının olduğunu vurğulayaraq yaxın gələckdə ölkəmizin enerji ixracını da şaxələndirəcəyinə diqqət çəkdi. Azərbaycanın bərpaolunan enerji potensialı ümumilikdə 200 qiqavata yaxındır və artıq bir sıra şirkətlərlə əldə olunmuş razılığa əsasən yaşıl enerjinin istehsalına başlanılacaqdır. Bu isə ölkəmizin neft və qazla bərabər elektrik enerjisi də ixrac etmək imkanlarını genişləndirəcəkdir. Gələcəkdə yaşıl enerjini ixrac etmək üçün müvafiq infrastrukturun qurulması da dövlətimizin əsas hədəflərindəndir. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu istiqamətdə də işlər həyata keçirilir. Belə ki, ötən ilin dekabrında Gürcüstandan Rumıniyaya gücü 4 qiqavat olan sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzalanıb və hazırda xəttin texniki-iqtisadi əsaslandırma işləri aparılır.Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycan iqtisadiyyatının çoxşaxəli inkişafını təmin etməklə yanaşı ölkəmizin tərəfdaşlarının da çoxalmasına gətirib çıxarır. Bu da, öz növbəsində, ölkəmizin təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıyır.

Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatının əməkdaşı

Digər xəbərlər