Siyasət

  • 1 918

Moskva görüşü: Azərbaycanın nümayiş etdiriyi prinsipial mövqe ŞƏRH

image

Cari ilin 25 may tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü zamanı cənab İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək beynəlxalq əməkdaşlığın ikitərəfli formatının uğurla inkişaf etdiyini vurğuladı. Bu gün həm Müstəqil Dövlətlər Birliyinin, həm də digər beynəlxalq təşkilatların platformalarında ikitərəfli əməkdaşlıq formatı uğurla inkişaf edir. Liderlərin Moskva görüşü hər şeydən əvvəl Azərbaycan-Rusiya münasibətlərinin nə qədər dərin, güclü və əhatəli olduğunu göstərdi. Bu görüş sübut etdi ki, Azərbaycanla Rusiya arasında ciddi müttəfiqlik münasibətləri mövcuddur və bu münasibətlər qarşılıqlı hörmətə, hüquq bərabərliyinə əsaslanır. Habelə, həm Prezident İlham Əliyevin, həm də Rusiya Prezidentinin verdiyi açıqlamalar göstərdi ki, Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Ermənistanın Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq cəhdləri əbəsdir və bu cəhdlər heç vaxt nəticə verməyəcək.Görüş zamanı dövlət başçımızın qeyd etdiyi kimi, 2022-ci ildə Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşınmaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükdaşımaların həcmi 25 milyon tona çatacaq. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Azərbaycanın gəmiqayırma imkanları bu gün Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Ölkəmiz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdü. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək.

Azərbaycan üzv və tərəfdaş olduğu bütün beynəlxalq təşkilatlarda digər dövlətlərlə uğurlu əməkdaşlıq edir. Ölkəmiz Ermənistan istisna olmaqla Ali Avrasiya İqtisadi Birliyinin bütün üzvləri ilə dostluq münasibətləri qurmuşdur. Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Birliyində çıxışında bu qurumla əmtəə dövriyyəsinin hər il artdığını, Şimal-Cənub və Şərq-Qərb marşrut xətlərinin kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat və logistika sahəsində böyük infrastruktur yaratdığını, eləcə də ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan və Azərbaycan iqtisadiyatının sürətli inkişaf etməsi barədə dövlət və hökumət başçılarına ətraflı məlumat verdi. Prezident İlham Əliyev Avrasiya İqtisadi Birliyinin son toplantısındakı çıxışında həm nəqliyyat-logistika imkanlarımız həm də iqtisadi gücümüzlə bağlı real faktları ortaya qoydu. Odur ki, Prezidentin Avrasiya Ali Şurasının son toplantısında iştirakı ölkəmizin iqtisadi imkanlarını və eləcə də nəqliyyat-logistika imkanlarını nümayiş etdirmək baxımından əhəmiyyətli oldu.

ARZU ƏLİYEVA

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər