PDF Oxu

Siyasət

  • 650

YAP Yasamal rayon təşkilatında əldə olunan tarixi Zəfərin beşinci ildönümü münasibətilə tədbir keçirilib

image

“Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Yasamal rayon təşkilatında əldə olunan tarixi Zəfərin beşinci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, YAP Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal bələdiyyəsinin əməkdaşları, şəhid ailə üzvləri, qazilər, müharibə veteranları, YAP Yasamal rayonu ərazi partiya təşkilatlarının sədr,sədr müavinləri və fəal gənclər iştirak edib.

Tədbirin rəsmi hissəsindən öncə Yasamal rayonunda yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunaraqkompleks önünə gül dəstələri düzlüb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu qeyd edərək, Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşdiyini vurğulayıb. Bildirilib ki, 44 günlük haqq mübarizəsində tarix yazan şanlı Ordumuz, qəhrəman əsgər və zabitlərimiz güclü dövlət və güclü ordu strategiyasını, milli birlik, həmrəylik və güclü iradə vəhdətini bütün dünyaya nümayiş etdirib. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərinə diqqət çəkilərək Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu Böyük Qayıdış proqramı nəticəsində öz evlərini tərk etmiş, doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki ata-baba yurdlarına qayıdışının önəmini də nəzərə çatdırılıb. Eyni zamanda 2023-cü il sentyabrın 19-20-də Azərbaycanın apardığı lokal antiterror tədbirləri nəticəsində suverenliyini də tam bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdığı, 2023-cü ilin oktyabrın 15-nin daha bir şərəfli gün kimi tarixə düşdüyü, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdığı, nəticədə, İkinci Qarabağ müharibəsinin son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycanın tarixinə yazıldığı qeyd olunub. Bu Qələbə həm də Azərbaycan dövlətçiliyinin bərpa olunmasında 19 sentyabr 2024-ci il tarixində qəbul edilən “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” ideyalarının qələbəsidir. Məhz həmin sənəd xalqımızın öz taleyinə sahib çıxmaq iradəsini ifadə etmiş, müstəqil dövlətin hüquqi-siyasi təməlini yaratmışdı. 2024-cü ildən etibarən 20 sentyabr – Dövlət Suverenliyi Günü kimi qeyd olunur və bu tarix müstəqil Azərbaycanın şanlı tarixində əbədi olaraq qalacaqdır. Çıxışın sonunda Bəxtiyar Nəbiyev qarşıdan gələn 8 Noyabr-Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik edib.

Çıxış edən 44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevin anası, YAP Yasamal rayonu “Hüseyn Cavid 33A”(“Bakı Metropoliteni” QSC) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Rahilə RamazanovaAzərbaycanı qələbəyə aparan bu şanlı tarixi yolun məhz Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti ilə başladığını vurğulayıb. O, geniş və ətraflı çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş, düzgün strategiyası sayəsində Azərbaycanın əzəli torpaqları işğaldan azad olundu, özünə qaytıdı, canlandı, Müzəffər Prezidentimizin dəmir yumruğu ətrafında birləşən qəhrəman xalqımız, şəhidlərimiz, qazilərimiz, əsgər və zabitlərimiz öz vətənpərvərliyi, dönməzliyi mərdliyi ilə tariximizin şanlı səhifələrini yazaraq gələcək nəsillərə örnək oldular. Bundan əlavə çıxışda şəhid ailələri, qazilər və müharibə veretanlarına göstərilən dövlət qayğısından bəhs edilərək, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olunub.Çıxışn sonunda bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarına təbrik çatdırılıb.

Çıxışlardan sonda xatirə şəkli çəkdirilib.

Tədbirdən sonra YAP Yasamal rayon təşkilatı tərəfindən 8 Noyabr-Zəfər Günü ilə əlaqədar olaraq yardım aksiyası təşkil olunub. Aksiya çərçivəsində Yasamal rayonunda yaşayan şəhid ailələri, qazilər ziyarət olunub və onlara bayram sovqatları təqdim edilib. Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Digər xəbərlər