Siyasət

  • 1 004

“Bu razılıq Paşinyanın şifahi razılıqları ilə keçməməlidir” MÜNASİBƏT

image

"Ermənistanın sülh müqaviləsini imzalayıb-imzalamaması ilə bağlı məsələ 3 il əvvəl Moskva bəyanatının şərtlərində öz əksini tapmamışdır. Ermənistanla sülh müqaviləsinin imzalanmasından əvvəl erməni tərəfi Azərbaycan Prezidentinin problemin həlli məqsədilə irəli sürdüyü 5 mühüm şərtə razılıq verməlidir və bu razılıq təbii ki, Paşinyanın şifahi razılıqları ilə keçməməlidir”. Bu fikirləri politoloq Elşən Manafov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın irəli sürdüyü şərtlər sırasında Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tanınması faktından başqa, erməni tərəfindən gözlədiyimiz ciddi bir addım yoxdur: “Digər tərəfdən Ermənistanla sülh müqaviləsinin imzalanması hələ bölgədə nəqliyyat-kommunikasiya xəttlərinin açılması demək deyil və ya Azərbaycanın Qarabağ üzərində tam suveren hüquqlarının bərpa olunması deyil. Çünki erməni tərəfi Azərbaycanın yalnız Laçın dəhlizində sərhəd- buraxılış məntəqəsini qurmasını bəyan edərək Azərbaycanın guya Qarabağdakı erməni icmasını Ermənistandan təcrid etmək cəhdləri ilə bağlı məsələlərdə ittiham etdi. Əsas məsələ ondan ibarətdir ki, bu niyyətlərin arxasında Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaratmaqla bağlı məqamlar var. Heç şübhəsiz ki, bu sifariş Paşinyana onun Qərbdəki hami və havadarları tərəfindən verilir".

E.Manafov onu da bildirdi ki, Paşinyanın ABŞ- ın dəstəyi ilə hakimiyyətə gəlməsi bəllidir: “Paşinyan və onun komandası indi də beynəlxalq ekspertlər tərəfindən "Sorosun uşaqları" deyə adlandırılırlar. Sorosun isə məşhur milyarder və finantrop, o cümlədən MDB məkanındakı məlum "narıncı və rəngli inqilabların" müəllifi olması bəllidir. Bu inqilabın həyata keçirilməsində əsas məsələ bir qayda olaraq, MDB məkanı uğrunda gedən geosiyasi qarşıdurmada Rusiyanı zəif salmaq, tədricən MDB -nin Avropa hissəsini ABŞ- ın və Qərbin nəzarəti altına ötürməkdir. Bu mənada Paşinyanın açıqlamalarında geosiyasi ismarıcların olmamasını görmək mümkün deyil. Paşinyan bir dövlət olaraq Ermənistanın resurslarına arxalanaraq belə bir mövqe sərgiləyə bilməz. Onu buna sövq edən və vadar edən ABS- dır. Paşinyan özünün də açıqlamalarında bəyan etdi ki, perspektivdə Ermənistanı Avrasiya İqtisadi Birliyinin tərkibindən çıxmasına maraqlıdır. Hətta Ermənistanı Kollektiv Təhlükəsizlik Müdafiə təşkilatının tərkibində qalmasına da heç bir ehtiyac görmür. Bəhanə də budur ki, bu blok Azərbaycanla müharibə zamanı Ermənistana heç bir əməli dəstək göstərməyib. Bu beynəlxalq hüququn və blokun nizamnaməsinin müddəalarını bilərəkdən görməzdən gəlməkdir. Azərbaycan Ermənistana hücum etməmişdi ki, Rusiya başda olmaqla Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatı Ermənistanın köməyinə gəlsin. Təşkilatda olan bütün dövlətlərin prezidentləri, o cümlədən Rusiya prezidenti dəfələrlə bəyan etdilər ki, işğal altında olan torpaqların azad olunması Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş suveren hüququdur və ona görə də bu dövlətlər müdaxilə etmədilər. Ermənistan bunu bilməmiş deyil. Güman edirik ki, Paşinyan bir neçə il əvvəl Ermənistanda hakim siyasi elitanın başına gələn hadisələrdən xəbərdardır. Nəhayət etiraf etmək lazımdır ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanla yanaşı Rusiya, Türkiyə, Çin, Mərkəzi Asiya, Avropa Birliyi və hətta Ermənistan üçün də böyük əhəmiyyət kəsb edir. Lakin erməni tərəfi bəyan edir ki, dəhlizə nəzarət Ermənistan sərhədçiləri tərəfindən həyata keçirilməlidir. Halbuki Moskva bəyanatının şərtlərində nəzarətin Rusiya sərhədçiləri tərəfindən həyata keçirilməsi öz əksini tapmışdır. Bu, Azərbaycan və Türkiyəni də qane edir. Ümumilkdə Qərb hər vəchlə Azərbaycanın 44 günlük müharibə nəticəsində bölgədə yaranmış yeni geosiyasi reallıqları dəyişmək istəyir".

GÜLYANƏ

Digər xəbərlər