PDF Oxu

Siyasət

  • 1 325

"Səfər Azərbaycanın dinlərarası dialoqa sadiqliyini göstərdi" - POLİTOLOQ DANIŞDI

image

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Vatikana səfəri Azərbaycanın dünya mədəni irsinə dərin hörmətinin və xalqımızın zəngin tolerantlıq ənənələrinin təcəssümüdür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.Onun sözlərinə görə, bu səfər bir daha ölkəmizin dinlərarası anlaşma, tolerantlıq və mədəniyyətlərə hörmət strategiyasını beynəlxalq arenada nümayiş etdirmiş oldu: "Bu səfərin əhəmiyyəti, həm də onun humanitar diplomatiya vasitəsilə Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirməsindədir. Dünyanın müxtəlif bölgələrində dini və mədəni zəmində münaqişələrin artdığı bir dövrdə Azərbaycanın bu istiqamətdəki fəaliyyəti ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqa sadiqliyini bir daha sübut edir. Bu, Azərbaycanın qlobal sülh və anlaşma proseslərinə töhfə vermək əzmində olan, məsuliyyətli beynəlxalq lider kimi çıxış etdiyini göstərən mühüm bir mesajdır.Ümumiyyətlə, hörmətli Mehriban xanımın Heydər Əliyev Fondunun rəhbəri kimi fəaliyyəti dinlər və mədəniyyətlərarası dialoqa verdiyi xüsusi töhfələrlə seçilir. Bu fəaliyyətin bariz nümunələrinə Parisdəki Luvr muzeyi, Versal sarayı, Strasburq Kafedralı və Roma katakombalarında həyata keçirilən layihələri misal göstərmək olar. Mehriban xanımın həyata keçirdiyi bu təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu və mədəni cəlbediciliyini artırmaqla yanaşı, Azərbaycana yeni dostlar və tərəfdaşlar qazandıran strateji bir yanaşmanı əks etdirir.Nəticə etibarilə, bu səfər Azərbaycanın yalnız regionda deyil, dünya siyasətində də mədəniyyətlərarası dialoq və humanitar diplomatiya sahəsində öncül rol oynadığını bir daha təsdiqlədi. Mehriban xanım Əliyevanın səfəri ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi, sülh, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinin təşviqi baxımından böyük əhəmiyyət daşıyır".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər