Postmüharibə dövrünü erməni cəmiyyətini olub-keçənləri saf-çürük etmək üçün imkan da adlandırmaq olar. Bu ölkə əvvəlki hərbi qələbələrdən sonra tam olaraq arxayınlıq içində yaşayırdı, Azərbaycana qarşı nifrətini bir az da dərinləşdirir, bizi zəif və heç nəyə qadir olmayan xalq hesab edirdi. Qədim tarixin bugünkü geosiyasətlə heç bir əlaqəsi olmasa da, Ermənistan öz tarixini və mədəniyyətini çox yüksək qiymətləndirirdi. İrəvan böyük dövlətlərlə münasibətlərinə və böyük dövlətlər daxilində diasporalarının təsirinə həddən artıq inanırdı. Ermənilər bu müddətdə yalnız istehlak edən bir toplum, kütlə kimi inkişaf edə bildilər ki, bu da avtomatik olaraq müdafiə şüurunun kəskin şəkildə zəifləməsinə gətirib çıxardı. Elin bunu tərif edəcək bir deyimi var, “ver yeyim, ört yatım, qoyma canım çıxmasın”. Nəticədə, Ermənistan son dərəcə ağrılı bir zərbə aldı və əvvəlki zəfərləri təkrarlamaq perspektivi olmadan çətin bir duruma düşdü. İşğal etdiyi Azərbaycan ərazilərinin xeyli hissəsini itirdi.
Ermənistanda vəziyyət daha pisdir
Məşhur və poetik ifadəni təkrarlasaq, deyə bilərik ki, “erməni qartalı döyüşdə huşunu itirməmiş, acınacaqlı, alçaldıcı bir şəkildə həlak oldu”. Qarabağ uğrunda birinci müharibədə ermənilərin üstünlük əldə etdiyini xatırlayanda elə düşünmək olardı ki, bu gün bölgədə yaşananlar bir daha olmayacaq. Hətta üç il öncə baş verən hadisələrdən sonra da erməni cəmiyyəti elə təəssürat yaratmağa çalışırdı ki, sanki münaqişənin ümumi nəticəsi müvəqqətidir.1988-1994-cü illər müharibəsində əldə etdiyi müvəqqəti və kiçik üstünlükdən sonra Qarabağın hərbi-siyasi klanı nəinki Ermənistanın özünün siyasətinə böyük təsir göstərməyə başladı, hətta faktiki olaraq İrəvanda hakimiyyətə gəldi. Bir anlıq təsəvvür edin ki, Gürcüstandan ayrılandan sonra Cənubi Osetiya liderləri Vladiqafqazda yox, Moskvada hakimiyyətə gəldilər. Heç gülməli deyil. Amma Ermənistanda məhz belə oldu. İrəvanda getdikcə daha çox qıcıq yaratmağa başladılar. Qarabağ klanının hakimiyyətdən uzaqlaşdırılması bütövlükdə Qarabağa münasibətə təsir etdi. Bundan başqa, Ermənistanın demoqrafik, siyasi, iqtisadi, elmi, texnoloji və hərbi potensialı da pisdir. Ermənistanda diasporların potensialı da xeyli aşağı düşüb. Böyük dövlətlərdə erməni diasporuna hörmət azalıb.Bu gün Ermənistan ABŞ və Rusiya arasında seçim etməkdədir. Postsovet tarixinin başlanğıcında Ermənistan Rusiyaya arxalanıb. Və bu seçim uzun müddət ermənilərin yaşamını təmin edib. Moskva Ermənistan istiqamətində sırf mövcud hakimiyyətlə qarşılıqlı əlaqədən ibarət olan dəyişməz şablonla işləyirdi. Buna cavab olaraq ermənilər daim Rusiyaya sevgi və dostluq andı içirdilər. Qarabağda yaşayan ermənilər həmişə İrəvan ermənilərindən qat-qat rusiyapərəst olublar. Amma Ermənistan rəhbərlərinin basqısı altında Moskva ilə konfliktlər də yaşayıblar. İrəvanda Rusiya əleyhinə nümayişlər tədricən bir normaya çevrildi. Sonra faktiki çevriliş nəticəsində hakimiyyətə Nikol Paşinyan gəldi. Formal olaraq o, Tiflis və Kiyevdən fərqli olaraq Moskvadan tam uzaqlaşmadı. Amma əslində hər şey sonda olanlar kimi oldu.Erməni mediası son vaxtlar bir çox heyrətamiz şeylərdən xəbər verir. Paşinyanın bütün postsovet tarixində Ermənistanın ən rusiyapərəst lideri olduğundan da yazırlar. Qeyd edirlər ki, guya Rusiya Ermənistanı Rusiya-Belarus ittifaq dövlətinə qoşulmağa məcbur etmək üçün xüsusi olaraq Azərbaycanı Laçın dəhlizinin qarşısını almağa razı salıb. Bunu da belə əsaslandırırlar ki, Rusiya artıq sanksiyalar altında boğulur və inkişafı ləngiyir. Ona görə də nəyin bahasına olursa-olsun Türkiyəyə Zəngəzur dəhlizinin açılması üçün birgə fəaliyyət təklifi edir. Media onu da yazır ki, Ermənistan 2020-ci il müharibəsini rus silahları bə rus üsulları ilə apardığı üçün uduzdu. Ermənistan yeni silahlar üçün Rusiyaya külli miqdarda pul ödədi, amma Rusiya onlara bu silahları vermədi. Qərb KTMT-nin üzvü olduğu üçün Ermənistana müasir silahlar satmır. Və nəhayət, erməni mediası yazır ki, Rusiya indi Qarabağı və Ermənistanı Azərbaycan və Türkiyəyə satıb. Ermənistan rəsmiləri, son vaxtlar Paşinyan da daxil olmaqla, uzun müddətdir ki, Ermənistanın silah pulu ödədiyi, lakin Rusiyanın onu geri vermədiyi barədə danışır. Amma ödənilən məbləğlər, alınan silahların növləri və miqdarı və onların çatdırılma vaxtı barədə heç bir məlumat verilmir - heç bir konkretlik yoxdur. Ona görə də bu açıqlamalara inanmaq nədənsə çətindir.Eyni zamanda belə çıxır ki, İrəvanın Qərb silahlarına pulu var! Maraqlıdır ki, bu gün NATO Fransası KTMT-də mövcudluğundan əziyyət çəkmədən Ermənistana artıq silah satmağa başlayıb. 2020-ci il müharibəsinə gəlincə, erməni mediasının qənaəti budur ki, döyüşdə qələbəni bayraktarlar yox, müasir Rusiya silahları qazandırıb. Əgər belədirsə, onda İrəvan niyə eyni silahları KTMT-nin üzvü kimi Rusiyadan istəməyib. Bu böyük sualdır.Təbii ki, indi bir çox erməni hər şeydə Rusiyanı günahlandırır. Yəni, bəlkə də hamı deyil, amma Rusiyanı günahlandırmayanların səsi eşidilmir. Ermənistanda hesab edirlər ki, Rusiya sadəcə olaraq Ermənistanın özündən daha böyük Ermənistana çevrilməli idi. Bunun üçün “DQR”-i İrəvandan tez tanımalı, ən əsası isə erməni qoşunlarının əvəzinə rus qoşunlarını onun uğrunda ölməyə göndərməli idi. Bununla belə, qismən Rusiyanın özü də günahkardır ki, o, bütün tarixi boyu həmişə əks effekt verən ermənilərin “sədaqətini satın almaqla” məşğul olub. Nəticədə və bu günə kimi Ermənistanda ciddi şəkildə əmindirlər ki, Rusiya onları bir ölkə olaraq qaldığımız kimi qidalandırmaq və qorumaq məcburiyyətindədir. Amma eyni zamanda, təbii ki, öz daxili və xarici siyasətini tamamilə müstəqil aparacaqlar, axı müstəqildirlər.Ermənilərin heç də hamısı öz ölkələrinin məğlubiyyətində təkcə Rusiyanı günahlandırmır. Bəziləri hesab edir ki, Fransa və ABŞ da Ermənistanın özündən daha böyük erməni olmalı idilər - yəni onlar da İrəvandan əvvəl “dqr”i tanıyıb, sonra ermənilərin əvəzinə onun uğrunda ölməyə getməli idilər. “Müqəddəs” və “mübarək” Avropa İttifaqının müşahidə missiyasının nəinki sərhəddə baş verən hərəkətlərin qarşısını almaması, hətta ən azı şifahi qınaq belə ifadə etməməsi ermənilərin əhəmiyyətli bir hissəsi üçün xoşagəlməz sürpriz oldu. İndi də İsrail Ermənistanın düşmənləri sırasında özünə yer tapıb. Burada təəccüblü heç nə yoxdur, çünki bu gün ermənilər fələstinliləri və ən əsası İranı dəstəkləyir. Çünki Tehran İrəvanın az qala son ümidinə çevrilməkdədir. Bu isə Ermənistanın Avropaya gedən yolunda gözlənilməz dönüşün olacağına bir işarədir.
Nəhayət, ermənilər Nikol Paşinyanı satqın hesab edirlər və haqlı olduqlarını düşünürlər. Sadəcə, aydın deyil ki, xain niyə iki dəfə seçkiləri uddu, 2020-ci ilin biabırçı hərbi məğlubiyyətindən sonra da ikinci dəfə qalib gəldi? 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Ermənistan SSRİ-nin “Rusiyanın imperiya zülmündən” xilas olmaq üçün xüsusilə fəal şəkildə mübarizə aparan respublikaları sırasında idi. Ermənistan özünü Cənubi Qaqazdakı qonşularından, eləcə də balikyanı ölkələrdən, ukraynalılardan və moldovalılardan daha “ağıllı” hesab edirdi, lakin istəklər başqa mənzərə yaradırdı.1991-ci ilin payızında Ermənistan seçicilərinin 99%-i müstəqilliyə səs verdi. “Böyük tarix”ə, güclü diaspora və Qərb nağıllarına inam çox güclü idi. Bundan əlavə, o dövrdə Qarabağ müharibəsində əldə edilən “qələbə” də öz töhfəsini verdi. Ölkə əhalisi 1992-ci ildəki 3,6 milyondan 2022-ci ildə 2,9 milyona qədər azaldı. Ermənistanda qalmaq istəyənlərin sayı getdikcə azalırdı. Ermənistan kiçik bir ölkə üçün formal müstəqilliyin hər kəsdən real asılılığı əhəmiyyətli dərəcədə artırdığını göstərən başqa bir nümunədir. “Böyük dövlətlər özlərini quldur, Ermənistan kimi kiçik ölkələr isə fahişə kimi aparır” ifadəsi onun həqiqət olmasına mane olmur. Halbuki böyük bir imperiyanın tərkibindəki Ermənistan nəinki zərrə qədər zülmə məruz qalmadı, əksinə ən imtiyazlı subyekt idi. Amma ermənilər kiçik bir ölkə olmaq qərarına gəldilər. Və onlar bu seçimin bütün təbii və qaçılmaz nəticələrini aldılar.İrəvan hələ də KTMT-dən çıxmaq və Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazasını ölkədən çıxarmaq niyyətindədir. İndiki anti-Rusiya təbliğatı Ermənistanı Rusiya üçün ağır, mənasız bir yükə çevirir. Bundan sonra o, heç kim üçün tamamilə maraqlı olmayacaq. Yaxın vaxtlara qədər Xankəndində Azərbaycan bayraqlarından sonra İrəvan üzərində bir ölkənin - NATO üzvünün bayraqları görünəcək. Xeyr, Fransa və ya ABŞ deyil, Türkiyə. Bu, erməni seçiminin son və ədalətli nəticəsi olacaq.
V.VƏLİYEV