Siyasət

  • 10 355

Əli Kərimli cəbhəçiləri məyus etdi ANALİZ

image

AXCP-dən növbəti istefaların baş verməsi gözləniləndir

Xalqımız Qarabağ qələbəsindən sonra növbəti zəfərə hazırlaşır. Ölkəmizdə Prezident, Yenilməz Sərkərdə İlham Əliyev 30 illik erməni işğalına son qoyub, Bütöv Azərbaycanı yaratdıqdan sonra ilk dəfə olaraq seçkilər keçiriləcək. Bəli, 30 ildən sonra ilk dəfə Xankəndidə, Ağdərədə, Xocavənddə, Şuşada, Xocalıda və digər işğaldan azad edilən ərazilərdə növbədənkənar prezident seçkiləri baş tutacaq. Millət buna görə sevincli və qürurludur. Üzlərdəki təbəssüm, məmnunluq əhalinin 7 fevral seçkilərinə bayram əhval- ruhiyyəsi ilə hazırlaşdığını göstərir. Yalnız ənənəvi dağıdıcı müxalifət xalqın sevincindən, şadyanalığından kənarda qalıb. Yenə də seçkilərlə bağlı qarayaxma kampaniyası aparılır, şər və böhtanlar səsləndirirlər. Hətta AXCP, Müsavat, “Milli Şura” kimi anormal qurumlar bir araya gələrək seçkilərin boykot edilməsi barədə qeyri-ciddi qərarda qəbul ediblər. Boyunlarından böyük iddialarla çıxış etməkdən çəkinməyən dağıdıcı müxalifət qeyd edir ki, guya müxalifətin əksər hissəsi seçkiləri boykot etmək fikrindədirlər. Lakin fakt ondan ibarətdir ki, sağlam və konstruktiv siyasətın aparılmasına üstünlük verən “BQP, BAXCP, Vəhdət, “Ağ” partiya, AMİP, BAP və digər müxalifət partiyaları növbədənkənar prezident seçkilərinin keçirilməsini alqışlayırlar. Bəzi müxalifət partiya sədrləri azad, demokratik seçki mühitindən yaralanaraq 7 fevral nöbədənkənar prezident seçkilərində namizədliklərini irəli sürməyi planlaşdırırlar.

Dağıdıcı müxalifət YAP-ın seçki taktikasından dərs götürməlidir

Ə.Kərimli isə absurd iddia ilə çıxış edərək bildirir ki, guya seçkilərin keçirilməsi gözlənilməz olub. O, sosial şəbəkə hesabında yazır: “Dekabrın 7-də gözlənilmədən növbədənkənar prezident seçkiləri təyin edildi. Seçkilər cəmi 2 ay sonraya - 2024-cü il, 7 fevral tarixinə təyin olunub. Bu seçkilərlə bağlı cəmiyyətə əvvəlcədən məlumat verilməyib, heç bir ictimai müzakirə aparılmayıb”. Ancaq Ə.Kərimli anlamır ki, hər bir siyasi partiya istənilən gözlənilməz siyasi situasiyaya hazır olmalıdır. Digər tərəfdən özünə güvənən, sosial bazasına arxalanan istənilən siyasi partiya üçün seçkilərin nə zaman və hansı şəraitdə keçiriləcəyi problem olmamalıdr. Nümunə olaraq xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının sərgilədiyi seçki taktikasını göstərmək olar. YAP seçkilərin keçirilməsi barədə qərar elan olduqdan dərhal sonra toplandı və nəyi necə, hansı formada həyata keçirməyi müəyyənləşdirdi. Dekabrın 15-də isə YAP İdarə Heyəti keçirdiyi toplantıda bütün xalqın arzu etdiyi, birmənalı şəkildə daxili və xarici siyasətini dəstəklədiyi, qalib Sərkərdə, müdrik Lider İlham Əliyevin namizədliyini irəli sürdü. Seçki siyasətini həyata keçirən dövlət qurumları da üzərlərinə düşən vəzifələrini qanunlar və qaydalar çərçivəsində həyata keçirirlər. Mərkəzi Seçki Komissiyasının iclasında qəbul edilən qərara əsasən, istənilən seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar və siyasi partiyaların blokları Azərbaycanda prezidentliyə namizədliyini irəli sürə bilərlər. Mərkəzi Seçki Komissiyasının dərc etdiyi təqvim planına əsasən, prezidentliyə namizəd olmaq istəyən şəxslər 2023-cü ilin dekabrın 19-dan, 2024-cü il yanvarın 8-i axşam saat 18:00-dək namizədliyin qeydə alınması ilə bağlı seçki sənədlərini MSK-ya təqdim etməlidirlər. Prezidentliyə namizədlərin seçkiqabağı təşviqatlarını aparmaları üçün isə 22 gün ayrılıb. MSK-nın məlumatına görə, namizədlər üçün təşviqat kampaniyası 2024-cü il yanvarın 15-dən başlayır və onlar fevralın 6-sı səhər saat 8:00-dək təşviqatlarını dayandırılmalıdırlar.

Dağıdıcı müxalif partiya sədrləri sıravi üzvlərin iradəsini nəzərə almadan özbaşına qərarlar qəbul edirlər

Mərkəzi Seçki Komissiyasının saytında qeyd olunur ki, seçkilərdə vətəndaşların seçki hüququnun pozulması ilə bağlı “şikayətlərin araşdırılması, eləcə də seçicilərin seçki hüquqlarının səmərəli təmin olunması” məqsədi ilə 9 nəfərdən ibarət ekspert qrupu yaradılıb. Yəni, seçkilərin azad və demokratik, əhalilinin iradəsinə uyğun olaraq keçirilməsi üçün hər cür şərait və imkanlar yaradılıb. Belə bir məqamda nədənsə narazılıq etmək və hay -küy qaldırmaq başa düşülən deyil. O şübhələri yaradır ki, deməli, məsələnin kökündə xarici qüvvələrin sifarişləri və göstərişləri dayanır. Birincisi, seçkilərə namizəd kimi qatılmaq istəyən tərəflərə bərabərhüquqlu şərait yaradılıb. İkincisi, hər bir siyasi partiyanın gücü yalnız-seçkilərdə məlum olur. Əgər siyasi partiya seçkilərə qatılmırsa, deməli, gücünə inamsızlıq var və həmin təşkilatın rəhbəri mütləq istefa verməlidir. Görünən isə ondan ibarətdir ki, AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, Müsavat başqanı Arif Hacılı seçkilərə qatılmamaqla partiya üzvlərinə hörmətsizlik göstərməklə yanaşı, eyni zamanda, sədrlikdə qalmaqda israrlı görünürlər. Bu da onların siyasətə, xüsusilə də sədrlik kreslosuna gəlir mənbəyi olaraq baxdıqlarını göstərir. Bir sözlə, fakt ondan ibarətdir ki, dağıdıcı müxalif partiya sədrləri sıravi üzvlərin iradəsini nəzərə almadan özbaşına qərarlar qəbul edirlər. Çox vaxtı bu kimi özbaşına verilən qərarlar partiyalarda qalmaqallara, istefalara gətirib çıxarır. Müsavatda, AXCP-də baş verən istefalar, qopmalar qeyd olunanlara misal ola bilər. Səhvlərindən isə partiya sədrləri nəticə çıxarmırlar. Yəni, öz yanlış siyasətlərini davam etdirirlər. Eyni yanlışlıq və səhv siyasət 7 fevral 2024-cü ildə keçirilməsi nəzərdə tutulan növbədənkənar prezident seçkilərinə münasibətdə də özünü göstərməkdədir. Müsavat başqanı Arif Hacılı, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli sıravi üzvlərin iradəsinə zidd olaraq, seçkilərin boykot edilməsi çağırışları ilə çıxış edirlər. Bu da təbii olaraq sıravi üzvlər tərəfindən narazılıqla qarşılanır. Artıq AXCP-dəki narazılıq növbəti istefaların yaranmasına gətirib çıxarmaqdadır. Yaxın günlərdə fərdi istefaların, kütləvi qopmalarla əvəzlənəcəyi şübhəsizdir. Görünən isə ondan ibarətdir ki, Ə.Kərimlini partiyadaxili qiyam narahat etmir. Onun üçün əsası xarici ağalarının sifarişləri və bu sifarişlərin yerinə yetirilməsi qarışlığında alacağı maliyyə vəsaitidir. Pula görə əqidəni və məfkurəni satışa çıxarmaq isə heç bir halda siyasətçiyə uğur gətirməz.

İLHAM ƏLİYEV

Digər xəbərlər