Siyasət

  • 835

“Azərbaycanlıların öz yurd-yuvasına qayıdışı bu bölgəyə yeni nəfəs verib” - DEPUTAT ŞƏRH ETDİ

image

“Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri, “Böyük Qayıdış” proqramının icrası plan üzrə davam edir. Təsadüfi deyil ki, ötən il 5 minə yaxın keçmiş məcburi köçkün soydaşımız öz doğma torpaqlarına qayıdıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayeva deyib. O bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb: “Proqramda nəzərdə tutulmuş 100 yaşayış məntəqəsinin 52-nin layihəsinin konseptual həlli qəbul edilib, dövlət başçısı tərəfindən 30-dan çox yaşayış məntəqəsinin təməli qoyulub. Cəmi 9 aya inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan hava limanı istifadəyə verilib, Laçın rayonunda hava limanının tikintisi davam edir. Bu vaxta qədər 22 yol layihəsindən 6-nın tikintisi artıq başa çatıb.Ötən ay Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 666 ailə, 2517 nəfərin daimi məskunlaşması təmin edilib. Eyni zamanda bu günlərdə Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrə mənzillərinin açarları təqdimat edilib. Laçın şəhərində 472 ailənin, yəni 1773 nəfərin, Zabux kəndində 215 ailə, 819 nəfərin daimi məskunlaşması təmin edilib.Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. İl ərzində Xocalı, Xankəndi, Şuşa sakinlərinin də öz evlərinə qayıtması planlaşdırılır”.Deputat qeyd edib ki, “Böyük Qayıdış Proqramı”nın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq: “Məlumdur ki, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.Dövlət başçımızın da bəyan etdiyi kimi, biz - bu torpaqların sahibləri qurub-yaradanıq. Ermənilər 30 il ərzində bizim torpaqlarımızı dağıdaraq bütün evləri, tarixi binaları, məscidlərimizi yerlə-yeksan edib. Azərbaycanlıların öz yurd-yuvasına qayıdışı bu bölgəyə yeni nəfəs verib. Dövlət soydaşlarımızın təhlükəsiz və rahat yaşaması üçün bütün tədbirləri həyata keçirir. Sakinlərin aktiv məşğulluğunun təmin olunması da əsas priroritetlərdən biridir”.

Ləman Sərraf

Digər xəbərlər