Siyasət

  • 1 447

“Ulu Öndərin dövlət quruculuğu strategiyası: dünən, bu gün, sabah”

image

07 may 2022-ci il tarixdə Pirallahı rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Ulu Öndərin dövlət quruculuğu strategiyası: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə RİH başçısı Vasif İmanov,YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, YAP İdarə Heyətinin üzvü, Milli QHT Forumunun vitse prezidenti Asif Əsgərov, SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Pirallahı rayon ictimaiyyətinin nümayəndələri və YAP fəalları iştirak ediblər.

Tədbirdən öncə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun, YAP Pirallahı rayon təşkilatı sədri Emil Abasovun, rayonda fəaliyyət göstərən idarə, müəssisə rəhbərlərinin iştirakı ilə “Nərəkənd balıqyetişdirmə kompleksi”nin yaxınlığındakı ərazidə baş tutan aksiyada 200-ə ədəd ağac və gül kolları əkilmişdir.

Daha sonra tədbirPirallahı Gənclər Mərkəzində rayon ictimaiyyətinin nümayəndələrinin, partiya fəallarının iştirakı ilə davam etdirilmişdir.Tədbir Rayon İcra Hakimiyyətinin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül qoyma mərasimi ilə başlamışdır.

Tədbirdə dövlət himnimiz səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi azərbaycanlı Heydər Əliyevin uğurlarla dolu həyat və fəaliyyətinə həsr olunmuşfilm nümayiş olunmuşdur.

Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərindən söz açaraq, parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirdi. O bildirdi ki, Azərbaycan xalqının tarixinə nəzər salsaq görərik ki, müxtəlif səciyyəli və taleli liderlərin obrazları ilə kifayət qədər zəngindir. Lakin bu liderler arasında XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyev öz adını bütün Azərbaycan xalqının qəlbinə həkk etmişdir. Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Təsadüfü deyil ki, məhz o, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi. Belə ki, Ulu Öndərin 1994-cü ilin sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzaladığı "Əsrin müqaviləsi" adlandırılan ilk neft sazişi ölkə iqtisadiyyatında köklü dəyişikliyə gətirib çıxaran, müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinin başlanğıcı hesab olunursa, 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya ilə Azərbaycan Respublikasının dövlət quruculuğunun hüquqi əsasları formalaşdırıldı. Natiq vurğuladı ki, xalq öz ekzistensional vizyonu naminə adətən geriyə yox – irəliyə baxır. Bu istiqamətdə müdrik xalqımızın Ulu Öndərdən sonra taleyini etibar etmək istədiyi lider isə yalnız cənab İlham Əliyev idi. Gələcəyin lideri İlham Əliyev müxtəlif dövlətlərin siyasilərinin çeşidli mülahizələrilə müşayiət olunan proseslərdə, sürətlə dəyişən hadisələrin ətrafında dünya şöhrətli atasının bütün fərdi idarəçilik və ideoloji qənaətlərini onunla birgə yaşayırdı. Qürur hissi ilə qeyd edə bilərik ki, məhz möhtərəm İlham Əliyevin Ulu Öndərin əzəmətli siyasi varisi kimi Prezident seçildiyi 2003-cü ildən etibarən Azərbaycan yeniləşən, müasirləşən, demokratikləşən dövlətlərindən birinə çevrildi.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov çıxış edərək diqqətə çatdırmışdır ki, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli dövlət xadimi olan Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərərək, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır. Yüksək liderlik keyfiyyətlərinə malik olan Ulu Öndər Heydər Əliyev qısa zaman kəsiyində ölkədə sabitliyi təmin etdi, müstəqilliyimiz və suverenliyimizə qarşı yönəlmiş mövcud və potensial təhlükələri aradan qaldırdı. Unikal strateji baxış sərgiləyərək Azərbaycanın bir-birini riyazi dəqiqliklə tamamlayan mərhələləri əhatə edən milli inkişaf strategiyasını müəyyənləşdirdi. Əsas komponentlərini sabitliyin təmin olunması, milli iqtisadi sistemin yaradılması və milli ordu quruculuğunun təşkil etdiyi unikal inkişaf strategiyası ölkənin davamlı uğurlarını və milli təhlükəsizliyimizin ən vacib məsələsinin həll olunmasını təmin etdi.Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.

Mövzu ətrafında çıxış edənAsif Əsgərov və Bəhruz Quliyev Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışaraq Heydər Əliyev və Azərbaycançılıq məfkurəsinin müstəqil Azərbaycan dövlətinin ana xəttini təşkil etdiyini vurğulamış, xalqımızın Ümummilli Lider Heydər Əliyevin siyasi varisi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, ernerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini qeyd etmişlər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müaricət etmiş bir sıra şəxslərə üzvlük vəsiqələri təqdim edildi.

Digər xəbərlər