Siyasət

  • 383

COP29 Azərbaycana yeni uğurlar gətirəcək TƏHLİL

image

Azərbaycanda həyata keçirilən dövlət siyasəti bilavasitə xalqın həyat şəraitinin yaxşılaşmasına, ölkəmizin reginada və dünyada mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir. Əminliklə demək olar ki, qarşıya qoyulan vəzifələrə və məqsədlərə yüksək formada nail olunur. Xüsusilə də, 30 il işğal altında olmuş torpaqlarımızın 44 günlük Vətən Müharibəsi ilə azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması Azərbaycanın gücünün bir qədər də artmasına təkan oldu. Artıq ölkəmiz dünyanın ən inkişaf etmiş dövlətləri sırasında yer alır və ölkəmizin müsbət rəy vermədiyi hər hansı bir regional layihənin reallaşması mükün deyil. Uğurlu və qəbul edilən siyasətin nəticəsidir ki, hər il ölkəmizə xarici investisyaların həcmi artmaqdadır. Bu, təkcə neft, qaz sənayesi deyil, ümumilikdə bütün sahələri əhatə etməkdədir. Söz yox ki, xarici sərmayə iqtisadiyyatın dirçəlişi üçün kapital rolunu oynamaqla yanaşı daxili iqtisadi struktur islahatlarının aparılmasına mühüm təkan verir. Ölkə iqtisadiyyatına qoyulan investisiya, ancaq xarici sərmayə ilə yekunlaşmır. Artıq inkişaf edən Azərbaycan iqtisadiyyatında yerli sahibkarlıq subyektləri formalaşıb. Səbəbsiz deyil ki, hazırkı məqamda ölkə iqtisadiyyatına qoyulan investisiyanın 80 faizini yerli sahibkarlıq subyektlərinin payına düşür. Söz yox ki, iqtisadiyyatın inkişafı yeni iş yerlərinin açılması və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşması deməkdir. Amma o fikiri də vurğulamaq lazımdır ki, iqtisadi inkişaf, yeni zavod və fabriklərin açılması qismən də olsa özü ilə ekaloji problemlər gətirir. Buna görədir ki, iqtisadiyyata ekoloji tələbin vacibliyi məsələsi gündəmə gəlmişdir. Yəni, ölkədə ətraf mühitin mühafizəsi, havanın çirklənmədən qorunması başlıca məqsəd və vəzifə daşımalıdır. Ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, əsasən, qanunsuz ağac kəsilmələrinin qarşısının alınması ilə mübarizədə hər bir kəs qətiyyətli olmalıdır. Dövlətimizin bu istiqamətdə nümayiş etdirdiyi sərt tədbirlərə insanlar dəstək göstərməli, yardımçı olmalıdır. Nəzərə almaq lazımdır ki, ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində qəbul edilən qanunlar, görülən tədbirlər yalnız insanların sağlamlığının qorumasına xidmət edir. Müsbət məqam olaraq vurğulamaq lazımdır ki, əhali arasında, xüsusilə ali və orta məktəblərdə ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı geniş şəkildə maarifləndirmə işləri aparılır.

Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişaf mövcuddur

Hər bir yarana biləcək ekoloji problemin həlli ilə bağlı dövlətimizin müəyyən strukturları, xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən operativ tədbirlər həyata keçirilir. Bu istiqamətdə nazirliyin beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələr COP29 konfransının Azərbaycanda keçirilməsi barədə qərarın verilməsindən sonra daha da genişlənib. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT-nin İnkişaf, Ətraf Mühit, Sənayenin İnkişafı proqramları, NATO, Qlobal Ekoloji Fond, Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı, İqtisadi Əməkdaşlıq təşkilatı, Dünya Bankı, Asiya bankı və Ümumdünya Vəhşi Təbiət fondu ilə ekologiya və ətraf mühitin qorunması istiqamətində səmərəli əməkdaşlıq əlaqələrinə malikdir. Bununla yanaşı, Azərbaycan Respublikası ekologiya və ətraf mühitin mühafizəsi ilə bu günə kimi 21 konvensiyaya qoşulmuş, müvafiq protokollar imzalamışdır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm sərəncamlar verilib, müvafiq adımlar atılıb, qərarlar verilib. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin Azərbaycanda hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir. Hər il dünyada iyunun 5-də qeyd olunan Ətraf Mühitin Mühafizəsi Günü Azərbaycanda da böyük coşqu və həmrəyliklə qeyd olunur. Həmin gün və sonrakı günlərdə ölkənin hər yerində insanlar bayram əhvali-ruhiyyəsi ilə küçə və meydanlara, dağ yamaclarına, meşə ətəklərinə çıxaraq minlərlə müxtəlif növ ağaclar əkirlər. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağacəkmə kampaniyalarında iştirak etmələri ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər. 2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə dahi şairimiz İmadəddin Nəsiminin yubileyi münasibətilə keçirilən aksiyada ölkə üzrə bir gündə 650 min ağac əkilib. Meşəsalma fəaliyyəti ilə yanaşı, meşələrin mühafizəsi tədbirləri də gücləndirilir, meşə və qeyri-meşə fondu torpaqlarında meyvə bağlarının salınması istiqamətində tədbirlər davam etdirilir. Meşə ilə örtülü ərazilərin dəqiqləşdirilməsi üçün beynəlxalq təcrübələr əsasında inventarlaşma işlərinə başlamışıq və 10 illik müddət üçün Milli Meşə Proqramı hazırlanıb". Son 20 il ərzində 130 min hektar sahədə meşəbərpa işləri aparılıb və yeni meşələr salınıb, 100 milyon ədəd ağac əkilib, 350 milyon ədəd əkin materialı yetişdirilib və 2 min ton toxum tədarük edilib. Meşə ilə örtülü ərazilərin sahəsi 11,4 %-dən 11,8 %-dək artıb. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin 4,5 %-dən 10,3 %-ə qədər çatdırılıb. Eyni zamanda, Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması ilə bağlı müasir metodlara əsaslanan iri yaşıllaşdırma layihələri də həyata keçirilib. Belə ki, 3600 hektardan artıq ərazidə 4,5 milyona yaxın ağac əkilib, müasir damcılı suvarma sistemləri ilə təmin olunub. Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən "Hərəmiz bir ağac əkək" layihəsi də bu sahəyə böyük töhfələr verib. Heydər Əliyev Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə minlərlə növ ağac əkilib, meşə zolaqları salınıb. Ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində paytaxt Bakı şəhərində və rayonlarda yüzlərlə park və yaşıllıq zolaqları, bitki örtükləri salınıb. Əgər müstəqlliyimizin ilkin dövründə yaşıllıqlar, meşə zolaqları ölkə üzrə 11 faiz təşkil edirdisə, bu gün 16 faizə yüksəlib. Son 20 ildə 152,4 min ha meşəsalma və meşəbərpa tədbirləri aparılmış, 96,445 milyon ağac əkilmiş, 102,317 min ha cavan ağaclıqlar qiymətli meşə ağacları kateqoriyasına keçirilmişdir. 2493 ton toxum tədarük edilmiş, 470,7 milyondan artıq müxtəlif çeşiddə əkin materialları yetişdirilmişdir. Ümumilikdə bu gün ölkə ərazisində 9 Milli Park, 11 Dövlət Təbiət Qoruğu və 24 təbiət yasaqlığı fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, o cümlədən milli parklar 3,7 faizini təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq neftlə və digər istehsalat tullantıları ilə çirklənmiş torpaqların, lay suları altında qalan ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə ərazilərdə müxtəlif növ minlərlə ağac əkilib, yeni park və xiyabanlar salınıb. Bir vaxtlar neft tullantıları ilə çirklənən indiki “Ağ şəhər” və digər ərazilərdə görülən işlərin nəticəsində neft çöküntüləri təmizlənib. Bu ərazilər Bakı şəhərinin müasir yaşayış və mədəniyyət komplekslərinə, müasir ekoloji layihələrə çevrilib. Bütün bunlar ətraf mühitin qorunmasına, xüsusilə də vətəndaşların sağlam mühitdə yaşamasına xidmət edir. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirb ki, uzun illər ərzində neft sənayesinin fəaliyyətindən əmələ gəlmiş tullantılar Abşeron yarımadasında bir sıra ərazilərin çirklənməsinə səbəb olub: "Çirklənmiş ərazilərin bərpası əhalinin sağlamlığı üçün risklərin azaldılması, Bakı şəhərinin və ətraf qəsəbələrin inkişafı, təmizlənmiş ərazilərin iqtisadi dövriyyəyə qaytarılması baxımından zəruridir. Bununla əlaqədar çirklənmiş ərazilərin qiymətləndirilməsi, təmizlənməsi üsullarını və gələcək istifadə təyinatını müəyyən etmək üçün inventarlaşdırma işləri aparılıb. Heydər Əliyev Beynəlxalq Aeroportu ətrafında və Suraxanı rayonunda ərazilər lay suları, neft, duz, yod və digər çirkləndiricilərdən təmizlənərək burada həmişəyaşıl ağac və kol növlərindən ibarət yaşıllıqlar salınıb. Eləcə də, respublikanın magistral avtomobil yollarının mühafizə zolaqlarının külək və su eroziyasından mühafizəsi, estetik görünüşünün yaxşılaşdırılması məqsədilə yolların ətrafının yaşıllaşdırılması tədbirləri həyata keçirilir və qənaətcil suvarma şəbəkəsi qurulur".

Vəhşi erməni toplumu işğal dövründə Azərbaycan ərazilərində ekoloji terror həyata keçirib

Tarixin müxtəlif dönəmlərin erməni vəhşi toplumu insanlığa və bəşəriyyətə qarşı cinayətlər törədib. Bu cinayətlərin demək olar ki, ən müdhiş mərkəzi 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında həyata keçirib. Terrorçu toplum insanları öldürməklə tarixi memarlıq nümunələrini məhv etməklə kifayətlənməyib ekoloji terror həyata keçirib. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi zaman 155 növ yeraltı və yerüstü sərvəti qarət və talan edilmişdir. Kəlbəcər və Zəngilan ərazilərində 15 qızıl, 6 civə, 2 mis, 13 müxtəlif növ tikinti daşı, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları, 11 şirin yeraltı su və 10 mineral su yataqları vəhşicəsinə istisamar və talan edilməkl Azərbaycana milyardlaral ABŞ dolları ziyan vurmuşlar. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verilən məlumata görə, erməni vəhşi toplumu tərəfindən talan edilən yeraltı və yerüstü sərvətlər Qızılbulaq, Mehmana, Dəmirli, Canyataq-gülyataq, Ağdərə, Şorbulaq, Şuşa, Şirlan, Turşsu, Xocalı, Zərinbax, Ağçay, Xankəndi, Ediş, Xocavənd, Söyüdlü, Ağduzdağ, Tutxun, Ağyataq, Levçay, Kilsəli, Keştək, Keçəldağ, Çəlli, Yuxarı istisu, Aşağı istusu, Mozçay, Qoturlu, Çilkəz, narzanlı, Əhmədli, Hoçaz, Laçın, Novruzlu, Yuxarı Əkərəçay, Quşçu, Minkənd, Hacılı, Xanlıq, Qubadlı, Vejnəli, Bartaz, Oxçuçay, Zəngilan, Şərifan, Tuluz, Qaracalı, Soltanlı, Çaxmaxçay, Göyərçin-Veysəlli, Minbaşılı, Ağtəpə, Cəfərabad, Şahverdilər, Çaxmaxqaya, Dövlətyarlı, Diləgərdi, Kürdmahmudlu, Quruçay, Şahbulaq, Gülablı, Çobandağ, Boyəhmədli, Şahbulaq, Ağdam, Qarqarçay, Xaçınçay və s. yataqlarda aşkar edilmişdir: "Sözügedən yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızıl, 37,3 min ton qurğuşun, 189 milyon m3 mişar daşı, 1 milyon 526 min ton gəc, 1 milyon 968 min m3/gün yeraltı şirin su, 18 milyon 432 min m3üzlük daşı, 23 milyon 243 min m3 gil, 57 milyon 965 min ton tikinti daşı, 7805 m3/gün mineral sular, 96 milyon 987 min ton qum-çınqıl, 1898, 4 ton civə, 4 milyon 473 min m3 perlit, 2 milyon 144 min m3 pemza, 129 milyon 833 min m3 soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı və s. iqtisadiyyatın inkişafında vacib əhəmiyyət daşıyan faydalı qazıntılar aşkar edilmişdir" . Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın bitki örtüyünə, meşələrinə amansız divan tutulmuşdur. Dağlıq Qarabağ və onun ətrafında 250.928 hektar meşə sahəsi, o cümlədən Zəngilan rayonundakı Bəsitçay və Laçın rayonundakı Qarabağ dövlət qoruqları, həmçinin dörd təbiət yasaqlığı, digər çoxsaylı təbiət abidələri amansızlıqla məhv edilmişdir. Ermənilər Azərbaycanın işğal edilən ərazilərində yanğınlar törətməklə ekoloji terror tədbirlərini daha da genişləndirmişlər. 2006, 2010, 2014, 2017 -ci iilərdə yaz və yay aylarında törətdikləri yanğınlar zamanı Azərbaycan təbiətinə, flora və faunasına ağır zərbələr vurmuşlar. Meşələrin məhvi isə təkcə flora və faunanın məhvi demək deyil, eyni zamanda regionun iqliminə neqativ təsir göstərən amillərdəndir. Qlobal iqlim dəyişikliklərinin dünya üçün ciddi sınaq və təhlükəyə çevrildiyi bir zamanda Ermənistanın işğal edilmiş ərazilərdə meşələrə divan tutması bütövlükdə Cənubi Qafqaz regionunda bioloji müxtəlifliyin məhvinə, ekoloji tarazlığın pozulmasına yönəlib. Sərhəd zolağında törədilən geniş miqyaslı yanğın, işğal olunmuş ərazilərdə ağacların kütləvi qırılması ilə erməni vandalları Azərbaycana 4,5 milyon ABŞ dolları həcmində ziyan vurmuşlar. Ümumilikdə, işğal altında olmuş Azərbaycan ərazilərində meşələrin ümumi sahəsi 247,352 hektar olub. Bunun təxminən 460 növdən çox yabanı ağac və kol bitkisi olmaqla, 13,197 hektarı xüsusi əhəmiyyətə malik olub. Azərbaycan ordusunun parlaq Qələbəsi ilə torpaqlarımız azad edildikdən sonra məlum olub ki, Kəlbəcər rayonunda Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN) qırmızı kitabına salınmış ağacların bitdiyi 968 hektarlıq ərazi məhv edilib. Məlumatlar istinadən qeyd etmək olar ki, Ermənistan işğalçıları Azərbaycan ərazilərində 21 növ endemi, həmçinin yüzlərlə nadir və nəsli kəsilməkdə olan bitki növünü məhv edib. Bəsitçay Dövlət Təbiət Qoruğunda, Qaragöl Dövlət Təbiət Qoruğunda, həmçinin Laçın, Qubadlı və Daşaltı regionlarındakı dövlət təbiət qoruqlarında çinar, qoz, palıd və s. nadir ağaclar kəsilib, işğal atındakı ərazilərdən daşınaraq mebel, çəllək və silah istehsalında istifadə edilib. Bu ağac növlərinin əksəriyyəti nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Ümumiyyətlə, erməni gəmiriciləri işğal etdikləri Azərbaycanın dilbər guşələrini viran qoyub, təbiətə sarsıdıcı zərbə vurublar. Təbii ki, sərvətlərimizin talan edilməsi, təbiətin məhv edilməsi erməni toplumuna baha başa gələcək. Artıq Ermənistanın haqq divanına çəkilməsi üçün Azərbaycan yerli və xarici ekspertlərinin iştirakı ilə viran edilən ərazilərdə dəqiqləşdirmələr və hesablamalar işi aparırlar. Yəni, Ermənistan beynəlxalq məhkəmə qarşısına çıxarılmaqla layiq olduğu cəzanı və təzminatı ödəyəcək. Sevindirici və qürurverici haldır ki, artıq erməni işğalına son qoyulub. Güclü və qüdrətli Azərbaycan ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan təslimçilik aktını imzalamağa məcbur olub. 30 ilə yaxındır ki, düşmən tapdağı altında inildəyən, meşələri talan edilib, sərvətləri qarət olunan gözəl məkanımız aydınlığa çıxıb. O bölgələrə həyat qayıdıb. Artıq doğma yerlər doğma nəfəslə canlanmaqdadır. Missiyası və amacı ancaq və ancaq qurub, yaratmaq olan Azərbaycan dövləti, onun vətəndaşları işğaldan azad edilən Ağdam, Füzulu, Kəlbəcər, Zəngilan və digər ərazilərdə ağacəkmə aksiyalarına başlayıblar. Qısa müddət ərzində on minlərlə müxtəlif növ ağac əkilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. COP29 konfransının Azərbaycanda keçirilməsi ölkəmizdə ekoloji mühitin qorunub saxlanılması və inkişaf etdirilməsi baxımından mühüm və əhəmiyyətli imkanların yaradılması deməkdir. Səbəbsiz yerə deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bununla bağlı İqtisadiyyat Nazirliyindən bildirilib ki, “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir və Prezidentin bu sərəncamı bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq.

İLHAM ƏLİYEV

Digər xəbərlər