“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, 2-ci qrup Vətən müharibəsi əlili Cəfərli Vətən Zakir oğluna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almayan Revizyon artroplastika əməliyyatı keçirilib. Əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı “yashat.gov.az” rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.
Anthropik işçi süni intellektlə bağlı şok faktları açıqlamaq üçün istefa verib...
Kadırov həm də müəyyən bir dəbi izləmək üçün çox uzun saqqal və qısa şalvar geyinən gənclərə müraciət edib...
Müharibə getdikcə mülki iqtisadiyyatdan pulları tükəndirir...