“Ayrı-ayrı ölkələrdəki proseslərə Qərbin müdaxilə cəhdləri onların xarici siyasi fəaliyyətinin ayrılmaz komponentini təşkil edir. Qərb ölkələrinin xüsusi xidmət orqanlarından tutmuş müxtəlif siyasi dairələrinə qədər müxtəlif ölkələrdəki proseslərə təsir etməsi və ya bu istiqamətdəki cəhdləri ənənəvi xarakter daşıyır. Qərb bu cür müdaxilələri geosiyasi maraqlarının həlli üçün həyata keçirir. Belə ki, seçkilərdə bir qayda olaraq Qərb üçün gərəkli olan siyasi qüvvələrin üstünlüyünü təmin etmək məqsədi güdülür. Qərb müxtəlif formalarda siyasi qruplara və ya konkret şəxsə siyasi dəstək göstərməklə onun seçki prosesində qələbə qazanmasını təmin edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.O bildirib ki, son illərdə post-Sovet ölkələrində Qərb siyasi dairələrinin seçki proseslərinə müdaxilə cəhdləri artıq ənənə halını alıb: “Bu zaman əksər hallarda Qərb öz dəstəklədiyi siyasi qüvvələrə geniş mailiyyə imkanları yaradır. Bununla bərabər Qərbin siyasi texnoloqları da ayrı-ayrı ölkələrdə kifayət qədər fəallıq nümayiş etdirirlər. Qərb dairələrinin dəstəklədiyi siyasi qüvvələrin cəlbedici siyasi portretlərinin yaradılması, onların seçki şüarlarının formalaşdırılması və s. kimi komponentləri yaratmaqla onlar seçkilərə birbaşa müdaxilə etmiş olurlar. Seçkidən öncə bu və ya digər siyasi qüvvələrin əleyhinə olacaq bəyanatlar səsləndirməklə də artıq seçki prosesinə müdaxilə etmiş sayılırlar. Bütün bunlar həmin ölkələrdə gələcəkdə Qərbin maraqlarına xidmət edəcək siyasi qrupların formalaşmasını təmin edir. Bu zaman müdaxilələr ayrı-ayrı ölkələrdə demokratik seçkilərin keçirilməsinin vacibliyi ilə heç bir halda uzlaşmır. Əksinə istənilən vasitələrlə, hətta qeyri-qanuni üsullarla ayrı-ayrı siyasi qüvvələrə dəstək göstərilir. Eyni zamanda Qərbin dəstəklədiyi hakim siyasi rejimlər kütləvi pozuntular fonunda seçkilər keçirərək qələbə qazanırlarsa, həmin seçkilər Qərb tərəfindən legitim qəbul olunur və tanınır. Qərb üçün məqbul olmayan hakimiyyətlərdə seçkilər bütün hallarda əsassız tənqidlərə məruz qalır. Yəni Qərb əksər hallarda belə seçkiləri tanımır. Bu da Qərbin birbaşa olaraq maraqlarına xidmət edir.Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirildi. Seçki prosesi şəffaflıq şəraitində təşkil olundu və səsvermənin nəticələri elektron olaraq anındaca müəyyənləşirdi. Gürcüstanda keçirilmiş seçkilər Avropa ölkələri tərəfindən ciddi tənqidə məruz qaldı, bir çoxları isə ümumiyyətlər seçkinin nəticələrini tanımadı. Amma əslində Gürcüstanda xalq çox sərbəst şəkildə öz iradəsini ifadə etdi. Bu seçkilərə Qərb çox böyük ümid bağlayırdı, rejim dəyişikliyinə nail ola biləcəyinə inanırdı. Amma bu baş tutmadı, gürcü xalqı öz gələcək inkişaf yolunu düzgün müəyyənləşdirməyi seçdi və şəffaf seçki prosesi baş tutdu.Bütün bunlar nümayiş etdirir ki, Qərb ayrı-ayrı ölkələrdəki seçkiləri həmin ölkələrdə öz maraqlarına uyğun siyasi dəyişikliklər etmək üçün fürsət kimi görür. Bu səbəbdən də hər vasitə ilə seçkilərə müdaxilə etməyə çalışır. Qərb müxtəlif ölkələrdəki seçki prosesini daim nərazətdə saxlayır və müdaxilələrini səngitmir. Bu da həmin ölkələrin milli maraqları üçün ciddi təhlükə yaradır”.
Müəllif: Səbinə Hüseynli