PDF Oxu

Siyasət

  • 1 228

8 Noyabr-Zəfər Günü ilə bağlı tədbir keçirilib FOTOLAR

image

YAP Yasamal rayon təşkilatı və YAP Yasamal rayon “A.M.Şərifzadə küç.131” ünvanında yerləşən (Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kolleci) ərazi partiya təşkilatı birgə 8 Noyabr-Zəfər Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin direktor müavini Şahmurad Məmmədov, YAP Yasamal rayon “A.M.Şərifzadə küç.131” ünvanında yerləşən (Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kolleci) ərazi partiya təşkilatının sədri Səidə Quliyeva, YAP Yasamal rayon təşkilatının və ərazi üzrə partiya təşkilatının əməkdaşları və kollecin tələbələri iştirak edib.

İştirakçıları salamlayaraq tədbiri giriş nitqi ilə açan Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin direktor müavini Şahmurad Məmmədov qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. 30 ilə yaxın müddətdə davam edən tarixə qovuşmuş “Dağlıq Qarabağ münaqişəsi” Azərbaycan məharətli Qələbəsi ilə həll olundu.İkinci Qarabağ müharibəsinin hər günü şanlı bir tarix, misli görünməmiş qəhrəmanlıq dastanıdır. 44 gün ərzində döyüşçülərimiz bir addım da geri çəkilmədən yalnız irəli getdi. Düşmən ordusunda on mindən çox fərari olduğu halda, bizim bir əsgərimiz də döyüş meydanından yayınmadı. Düşmənin “məğlubedilməz ordu” mifini darmadağın edən, döyüş meydanında düşmənə dərs keçən şəhid və qazilərimiz tariximizin şanlı səhifələrinə, xalqın yaddaşına əbədi həkk olunub. Zəfər tariximizin bu parlaq və unudulmaz səhifələrini vərəqlədikcə qürur duyuruq. Gələcək nəsil də bu igid və qəhrəman övladlarımızla fəxr edərək onlardan nümunə götürəcəklər.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin sonlarından başlayan iqtisadi inkişaf məntiqi nəticəyə hesablanmışdı – torpaqlarımızın işğaldan azad edilməsi. Ümummilli Liderin başlatdığı və Prezident İlham tərəfindən uğurla davam etdirilən Azərbaycanın iqtisadi inkişafı onun hərbi qüdrətinin, beynəlxalq nüfuzunun artmasına gətirib çıxardı. Nəticədə 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik məharəti ilə idarə etdiyi Azərbaycan Silahlı Qüvvələrinin hərbi qələbəsi xalqımızın qəhrəmanlıq salnaməsində yeni şanlı səhifə açdı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr Zəfəri sayəsində işğalçı Ermənistan təslim olmağa məcbur edildi, tarixi ədalət və dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına son qoyulması məqsədi ilə 2023-cü il sentyabrın 19-20-də müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi. Ən nəhayət 2023-cü ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması və Prezident cənab İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı. Çıxışının sonunda Bəxtiyar Nəbiyev tədbir iştirakçılarını 8 Noyabr-Zəfər günü münasibəti ilə təbrik edib.

Sonda çıxış edən YAP Yasamal rayon “A.M.Şərifzadə küç.131” ünvanında yerləşən (Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kolleci) ərazi partiya təşkilatının sədri Səidə Quliyeva bildirib ki, əldə olunmuş bu tarixi nəaliyyətlər, qazanılmış böyük Qələbələr ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir. Bunun əməli nəticəsidir ki, xalq-iqtidar birliyi hər zaman olduğu kimi bu gün də qazanılmış böyük uğur və nailiyyətlərlə özünü sübuta yetirməkdədir.

Digər xəbərlər