BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 nəinki Azərbaycanın diplomatik əlaqələrinin inkişafına, bütövlükdə beynəlxalq aləmdə gücünə güc qatdı və Azərbaycanın nə qədər güclü, etibarlı tərəfdaş olduğunu, həmçinin, bu kimi qlobal əhəmiyyətə, 2024-cü ilin ən böyük tədbirinə ev sahibliyi edə biləcəyi gücdə olduğunu bir daha sübut etdi.200-ə yaxın ölkənin yüksək səviyyəli nümayəndələri, 100-ə yaxın ölkənin rəhbərləri Azərbaycana gəldilər, ölkəmizi yaxından tanıdılar, Azərbaycanın iqtisadi potensialının, yüksək təşkilatçılıq bacarığının, qonaqpərvərliyinin, zəngin mədəniyyətinin və ən əsası iqlim dəyişikliyi ilə mübarizədə gördüyü işlərin, "Yaşıl" iqtisadiyyata keçidin canlı şahidi oldular. Şübhəsiz ki, bütün bunlar Azərbaycanın milli maraqlarına, güclənməsinə, beynəlxalq arenada daha geniş şəkildə söz sahibi olmasına kömək edir və edəcək.
Azərbaycan qlobal proseslərə çox ciddi şəkildə qoşulub və kiçik ada ölkələrinə yardım fondu təsis olunub, COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib.
Prezident İlham Əliyevin çıxışında həm kiçik ada ölkələrinə açıq dəstətyini ifadə etdi, həm də Makron Fransasının və Niderlandın müsətmələkəçi mahiyyətini və əsl simasını ifşa etdi: “Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, – gəlin, həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər.. 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır”. Etiraf edək ki, COP kimi BMT-nin ən mötəbər tədbirində Fransa və onun prezidenti Makronun haqlı olaraq bu cür açıq formada tənqid olunması, Avropa Parlamenti və AŞPA kimi qurumların riyakarlığının işa edilməsi ciddi siyasi iradə, eyni zamanda böyük prinsipialllıq və özgüvən tələb edir. O cümlədən, Fransa və Makrona ölkəmizə qarşı apardığı düşmənçilik siyasətinə verilən ən tutarlı və cəsarətli cavabdı. Makron bundan sonra gərək Azərbaycana hücum etməmişdən qabaq iki dəfə düşünsün.
Azərbaycanı sevməyən, anti-Azərbaycan qüvvələrin problem yaratmaq cəhdi, baykot çağırışı tam iflasa uğradı, COP29 ən yüksək səviyyədə təşkil olundu və yüksək səviyyədə davam edir, hər keçən gün Azərbaycanın uğuru kimi tarixə düşür. Bu cür bədxahlara isə ən yaxşı cavabı cənab Prezident İlham Əliyev verdi: “ Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”
Azərbaycan sözün əsl mənasında dünyaya qucaq açmaq iqtidarına malikdir, bununla yanaşı, dünyanın bir nömrəli problemi olan iqlim dəyişikliyi ilə bağlı məsələlərdə liderlik etmək qabiliyyətindədir. Bu da cənab Prezident İlham Əliyevin yüskək səviyyədə həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Hımçinin möhtərəm Prezidentimizin COP 29 çərçivəsində planetin xilası naminə Qlobal Cənubla Qlobal Şimal arasında körpü yaratmaq kimi tarixi və çətin missiyanı üzərinə götürməsi ölkəmizin beynəlxalq aləmdə rolunu daha da gücləndirəcək. COP29 tədbiri də onu göstərir ki, bu körpü uğurla qurulub. Baxmayaraq ki, iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırmaq üçün hər bir ölkənin üzərinə düşəni erməsi məsələsində çətinliklər və fikir ayrılıqları var, maliyyələşdirmə ilə bağlı problemlər var, ancaq maliyyələşmə məsələsi prioritet məsələ kimi Azərbaycan tərəfindən COP29-un gündəliyinə gətirilib. Əminliklə deyə bilərik ki, Bakıda iqlim dəyişikliyi ilə uğurlu mübarizə aparmaq üçün maliyyələşmə ilə bağlı ciddi qərarlar qəbul olunacaq. Məlum olduğu kimi, hazırda bu məqsədlə iqlim ən ehtiyatlı ssenaridə 1 trilyon, ən arzuolunan halda 4,5 tirlyon ABŞ dollarına yaxın vəsait tələb olunur, bu da böyük bir məbləğdir, dünya iqtisadiyyatının təxminən 5 faizi deməkdir. Ona görə də bu cür mötəbər və ambisiyalı məqsədi qarşıya qoyaraq yola çıxmışıq, inanırıq ki, bu yolu uğurla tamamlayacağıq.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini