Siyasət

  • 971

Qətiyyətli strategiya və Azərbaycanın gücünün təsdiqi

image

44 günlük Vətən müharibəsi şanlı Zəfər tariximizdir. Bu möhtəşəm Qələbəni Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazan şanlı Azərbaycan Ordusu xalqımıza bəxş edib.

Rəşadətli ordumuzun əks-hücum əməliyyatları nəticəsində bütün hərbi birlikləri iflic vəziyyətinə gətirilmiş Ermənistan silahlı qüvvələri 44 gün ərzində demək olar ki, məhv edilmişdir. İşğalçı dövlət belə bir rüsvayçı məğlubiyyətdən qurtulmağın tək yolunu kapitulyasiya aktına imza atmaqda gördü. Ordumuzun sarsıdıcı zərbələri qarşısında çıxılmaz vəziyyətdə qalan Ermənistanın hərbi-siyasi rəhbərliyi dövlətimizin qüdrəti qarşısında diz çokdü.
Döyüş müydanında rüsvayçı məğlubiyyətə düçar olan Ermənistanın imzaladığı kapituliyasiya aktına əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Prezident, Ali Baş Komandan İlham Əliyevin İkinci Qarabağ müharibəsi zamanı yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi.
Kəlbəcər 1993-cü ilin aprelin 3-dən Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. Rayonun ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi ermənilər tərəfindən talan edilmişdir.
Azərbaycan BMT-nin və digər beynəlxalq qurumların qərar və qətnamələrini döyüş meydanında təkbaşına özü yerinə yetirdi və tarixi ədaləti bərpa etməklə öz ərazi bötövlüyünü təmin etmiş oldu. Bu gün işğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu, nəqliyyat qovşağlarının bərpası və digər sosial yönümlü layihələrin icrası uğurla və çox sürətlə davam etdirilir. Bütün sadalanan bu amillər Azərbaycanın nə qədər güclü və qüdrətli bir dövlət olduğunu bir daha sübuta yetirmiş olur. Ali Baş Komandan İlham Əliyev bu Qələbənin müəllifi kimi torpaqlarımızı işğaldan məhz güc yolu ilə azad edərək Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in qərarlarını özü yerinə yetirməklə 30 ilə yaxın idi ki, təhdid mənbəyi olan münaqişəyə son qoydu. 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərimizdən sonra regionda yeni geosiyasi vəziyyət yaranıb, bu proseslər Azərbaycanın xeyrinə davam edir.
Cəmi 44 gün ərzində erməni işğalçılarına layiqli cavab verən Azərbaycan Ordusunun qüdrəti və yenilməzliyi bir daha dünyaya nümunə oldu.
Prezident İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərində Azərbaycan xalqına müraciəti 44 günlük Vətən müharibəsindəki Zəfər sevinci kimi bizlərə növbəti Qələbə müjdəsini yaşatdı. Bu tarixi müraciət bir daha xalqımızın Qələbə əzminin, şücaətinin dünyaya nümayiş simvoluna çevrildi və Azərbaycanın suverenliyi tam təmin olundu.

Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər