PDF Oxu

Siyasət

  • 1 679

Ulu Öndərin Anım Günü tarixi Zəfərin işığında qeyd olunur...

image

Dekabrın 12-si böyük tarixi şəxsiyyət Heydər Əliyevin Anım Günüdür. Bu, Azərbaycanın dövlətçilik tarixinin mərhələlərinin xatırlanması günüdür...

Heydər Əliyev böyük tarixi şəxsiyyət idi. 60-cı illərdə Azərbaycanda hakimiyyətdə olduğu dövrdə də Azərbaycanın rifahına çalışırdı, XX əsrin sonlarında, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra da. Sovetlər Burliyinin tərkibində buna nail olmaq asan deyildi. Moskva respublikalara, bu sıradan Azərbaycana əyalət kimi baxırdı. Belə olsa da Heydər Əliyevin Azərbaycana sevgisi, dərin təfəkkürü, inandırma bacarığı, hadisələr və faktlar arasında məntiqi əlaqələri görmək, araşdırmaq, aşkarlamaq, gərəklisini ayırd etmək istedadı Azərbaycanın ittifaq tərkibində də olsa inkişafını təmin edirdi.Böyük Britaniyanın Baş naziri Toni Bleyer böyük siyasi xadim və siyasət fenomeni olan Heydər Əliyev haqqında demişdi: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”. Bu fikirlər azərbaycan gerçəklikləri idi və səmimiyyətlə etidaf edilirdi.Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində işləyib. 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən sədri təyin olunub. Ona general-mayor rütbəsi verilib. Leninqrad (indiki Sankt-Peterburq) şəhərində xüsusi ali təhsil alıb. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bunlar böyük tarixi şəxsiyyət Heydər Əliyevin ən böyük (və ən et¬barlı) zəmanətinin, siyasi nüfuzunun nəticəsi idi, idarəetmə bacarığı idi, təşkilatçılıq qüdrəti idi, ... Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi təyin olunandan az sonra Azərbaycan iqtisadi baxımdan inkişaf edib, ittifaqda fərqlənən respublikalardan biri olub. Rayonlarda mədəniyyət evləri, xəstəxanalar, klublar tikilib, elm, ədəbiyyat, incəsənət xadimlərinin abidələri ucaldlıb. Bakıda, eləcə də ayrı-ayrı rayonlarda böyük sənaye müəssisələri inşa edilib. Bakı Məişət Kondisionerləri za¬vodu, Radio zavod, Ozon zavodu və digərləri məhz Heydər Əliyevin təşəbbüsü və təkidi ilə inşa edilib. Bunlar Azərbaycanda sənayenin dinamik inkişafı şəbəkəsinin bir hissəsi idi və Ulu Öndər bu şəbəkənin daha yeni texnologiyalarla təkmilləşdirilməsini hamişə nəzarətdə saxlayırdı. Məhz bunun nəticəsi idi ki, Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə sonuncu yerlərdə idi. Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan inkişaf etmiş sənaye respublikası kimi tanınıb, yüngül sənaye və kənd təsərrüfatı ittifaqda ən inkişaf etmiş iqtisadiyyat şəbəkələrindən biri olub.Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan üçün ən böyük xidmətlərindən biri də Bakıda ibtidai hərbi məktəbin açılması olub. Moskva bunu istəmirmiş, çox yüksək rütbəli hərb xadimlərinin, nüfuzlu dövət məmurlarının qərəzli rəylərinə görə Moskva məktəbin açılmasını nəinki ləngitmək, həm də birdəfəlik ləğv etmək istəyirdi. Ancaq dahi şəxsiyyətin təkidlərini, məntiqli əsaslandırmalarını üstələyən arqument tapa bilmədikləri üçün sonda Moskva bu məktəbin açılmasına razılıq verib. C.Naxçıvanski adına hərbi məktəb belə yara¬dılıb, bu məktəbin istər Birinci Qarabağ müharibəsində, istərsə də İkinci Qarabağ mühari¬bə¬sində onlarla məzunu yüksək hərbi rütbəyə və adlara layiq görülüb.Ən böyük azərbaycanlı olan Heydər Əliyev Bakıda fəaliyyət göstərən ali hərbi məktəbin rəisi vəzifəsinə azərbaycanlı generalın təyin olunmasına da nail olub, bundan sonra bu mək¬təbə daha çox azərbaycanlı gənc qəbil edilib. İllər sonra onlar müstəqil Azərbaycan ordusunda xidmət ediblər.1977-ci ildə SSRİ Konstitusiyası, 1978-ci ildə Azərbaycan Konstitusiyası qəbul edilərkən ermənilər müxtəlif mərkəzi orqanlara müraciət edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini yenidən qaldırıblar. Heydər Əliyev Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnevlə görüşüb, ermənilərin əsassız iddiasının yolverilməzliyini qəti həll edib.Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanın gələcəyini siyasi birlik müstəvisində durulaşdırmaq istəyirdi və bu niyyətlə də ən dürüst, ən aydın məramlı Yeni Azərbaycan partiyasını yaratdı. Bu patriya Azərbaycan gerçəkliklərinin dövlətə və xalqa gərəkli məqamlarını inkişaf etdirdi, zərərlilərin islahına nail oldu...Azərbaycan məfkurəsinin, azərbaycançılıq mədəniyyətinin min illərlə səsləşdiyini dünya ictimaiyyətinin düşüncələrinə hopdurmaq üçün “Kitabi-Dədə Qorqud”un 1330 illik yubileyinin keçirilməsini təmin etdi, dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlıların həmrəyliyini ideoloji təşkilatlanma səviyyəsində təşkil etdi, Dünya azərbaycanlılarının Həmrəylik gününün təsis edilməsi də bu niyyətin tərkib hissələrindən biri oldu. Dünya azəbaycanlılarının qurultayının çağırılması Azərbaycan dövlətçiliynə, azərbaycançılığa sevgi¬nin təzahürü kimi tarixləşdi."Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir" deyən böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə digər iştirakçı dövlətlər kimi Azərbaycanın da iqtisadi inkişafında mühüm mərhələ oldu. Bu müqavilə azərbaycanın dünya dövlətləri arasında siyasi nüfuzunu da yüksəltdi. “Böyük İpək Yolu” da Azərbaycan üçün eyni səviyyədə əhəmiyyətli oldu. Bu da Ümummilli Liderin Azərbaycana böyük xidmətlərindən biridir.Böyük tarixi şəxsiyyət Heydər Əliyev 1998-ci il fevralın 18-də Yeni Azərbaycan Partiyasının gənclər birliyi nümayəndələrinin ümumrespublika toplantısında demişdi: "Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir"...Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasını arzulayırdı. Azərbaycanın Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu....Dörd ildi Ulu Öndərin Anım Günü tarixi Zəfərin işığında qeyd olunur...

Səbinə Xasayeva

Milli Məclisin deputatı

Digər xəbərlər