PDF Oxu

Siyasət

  • 678

Böyük Azərbaycanın yaranması bəşəriyyətin xilası olacaq TƏHLİL

image

Dünyanın elm zəkaları, işıqlı insanları, nüfuzlu araşdırmaçıları təsdiq edirlər ki, dünyanın elm, mədəniyyət mərkəzlərindən biri də Azərbaycandır. Böyük mütəfəkkirlərin, dahi şəxsiyyətlərin yetişdirdiyi bu torpaq dünyada sülhə və təhlükəsizliyə də böyük töhfələr verib. Tarixin elə bir dövrü olmayıb ki, o zaman Azərbaycanla hesablaşan, xalqının tələblərini yerinə yetirən dövlət və ya hansısa mərkəz olmasını 5 min illik dövlətçilik tarixinə malik Azərbaycan ərazisində ilk dövlət qurumları hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkard və Aşşur (Assuriya) dövlətləri, habelə, Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr formalaşmışdır. Qədim tarixə malik və şimaldan - Baş Qafqaz dağları, Dərbənd, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan isə Urmiyyə gölü və Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan Azərbaycan dünya sivilizasiyasına özünəməxsus adət-ənənəsini, mədəniyyətini, dövlətçilik prinsiplərini təqdim edə bilib. Bu ərazilərdə 300-400 min il əvvəl ilk insanın Azıx mağarasında tapılması Azərbaycanın qədim insan məskəninə malik olan dövlət olduğunu göstərir. Bu ərazilərdə ən qədim dövlətlər – Manna, İskit şahlığı, Atropotena, Qafqaz Albaniyası, Salarilər, Rəvvadilər, Səfəvilər, Şirvanşahlar və bu kimi digər bütün dünyaya hökm etməyə qadir dövlətlərin olması bugünkü Azərbaycanın qədim dövlətçilik ənənələrinə malik dövlət olduğunu təsdiqləyir. Tarixdə Azərbaycanın tələffüzü müxtəlif formalarda qeyd olunmuşdur. Təsdiq olunmuş məlumatlarda Azərbaycanın adı Andirpatian, Atropatena, Odlar Yurdu, Adirbican və Azirbican şəklində çəkilmişdir. Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuş və bunun nəticəsində ölkəmizin ərazisinin ilk insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır. Azıx, Kiş, Tağlar, Damcılı, Daşsalahlı, Qazma mağaralarında aşkar olunan arxeoloji tapıntılar Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir.

5 min illik dövlətçiliyi olan Azərbaycan

Hazırda müstəqil Azərbaycan dövləti 5 min illik dövlətçiliyi yaşadan dövlətdir. Həm də elə bir formada dövlətçiliyi yaşadır ki, dünya əldə olunan uğurlarını, zəfərlərini heyranlıqla izləyir. 44 günlük Vətən müharibəsində 30 illik erməni işğalına son qoyan Azərbaycan dövləti dünyaya sübut etdi ki, böyük imperiyalar, qüdrətli dövlətlər məskəni olan bu ərazinin varisləri ulu əcdadlarının qurduğu dövləti, miras qoyduqları ənənələrini yaşatmağı bacarırlar. Hazırda Azərbaycan BMT, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAQATE, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına sədrlik etməsi, COP29 konfransına ev sahibliyi etməsi və digər bu kimi siyasi, iqtisadi, beynəlxalq uğurları Azərbaycanın dünyanın həm də aparıcı dövlətlərindən olduğunu təsdiqləyir. Əminliklə demək olar ki, çox qısa vaxt da Böyük Azərbaycan dövləti tarixi torpaqlarına yenidən sahib çıxacaq. Hər bir azərbaycanlıda o ümid var ki, Cənubi Azərbaycanla Şimalı Azərbaycan və digər sərhəd ərazilərdəki torpaqlar yenidən birləşəcək və böyük, qüdrətli Azərbaycan qurulacaq. Baxmayaraq ki, fars-molla rejimi bütün mümkün vasitələrdən istifadə etməklə güneyli soydaşlarımızın müstəqillik mübarizəsini boğmağa çalışırlar. Lakin qaniçən rejimin işgəncə maşını uğursuzluğa düçar olacaq. Çünki görülən sərt tədbirlərə, həbslərə, işgəncələrə baxmayaraq Təbrizdə, Tehranda, Ərdəbildə, Xoyda, Urmiyada və digər tarixi Azərbaycan torpaqlarında etirazlar səngimir. Yəni Səttarxan, Pişəvəri hərəkatları yeni formada, həm də uğurlu nəticələrin əldə olunması ilə davam edir. Hər gün həbslər, hər gün edamlar olsa da, mübarizə davam edir. Qətiyyətlə bir daha vurğulamaq lazımdır ki, güneyli soydaşlarımızın başladığı müstəqil dövlət quruculuğu yarımçıq qalmayacaq. Azərbaycanın Qarabağda separatçıları və terrorçu hərbi birləşmələri məhv edib, suverenliyini bərpa etdikdən sonra güneyli soydaşlarımızın müstəqil dövlətiçilyini bərpa etmək mübarizələri daha qətiyyətli xarakter alıb. Onu xatırlatmaq lazımdır ki, molla rejimi Azərbaycan müstəqilliyini əldə edib, demokratik, azad dövlət olaraq inkişafını davam etdirdiyi zamandan dövlətimizə qarşı düşmənçilik mövqeyində dayanıb. Hər zaman terrorçu qardaşı Ermənistana hərbi, siyasi, maliyyə dəstəyi göstərməklə Azərbaycanın torpaqlarının işğal edilməsinə və ərazilərdəki, yeraltı, yer üstü sərvətlərin talan edilməsinə dəstək göstərib. Hətta 44 günlük Vətən Müharibəsində Azərbaycan öz torpaqlarını azad etmək üçün əməliyyatlara başlayanda ermənilərə qardaşlıq yaradılmalarını əsirgəmədilər. Lakin bütüm məkrli qüvvələr cəsur və müzəffər ordumuzun ayaqları altında məhv edildilər. Ərazilərimiz işğaldan azad edildi və torpaq bütövlüyümüz bərpa olundu. Yenə də molla rejimi iyrənc fəaliyyətindən və əməllərindən əl çəkmədi. Kifayət qədər yaşı, başı, hətta başında yekə bir çalması olan fars-molla rejiminin baş mollası Xomneyi “Zəngəzur bizim qırmızı xəttimizdir” deyə cəfəng fikir irəli sürmüşdür. Digər əbalı və başı çalmalı mollalar da ermənilərin himayəçisi rolunda çıxış edirlər. Halbuki fars-molla rejimi özünü islam respublikası elan edib. Bu respublikanın banisi Xomeneyidən qalma ideologiyaya görə (bu, həm də xomeneyizm ideologiyası adlanır), müsəlmanın müsəlmandan yaxın dostu yoxdur. Amma molla rejiminin indiki və əvvəlki prezidentlərinin apardıqları siyasətə nəzər yetirdikdə, bu ideologiyanın ayaqlar altında tapdalandığını görmək olar. Hazırkı prezident İbrahim Rəisi və əvvəlki terror başçıları özlərini Xomeneyinin davamçıları kimi cəmiyyətlərinə sırımağa çalıblar. Amma onlar Xomeneyizm ideologiyasının birinci prinsipini - Azərbaycanın torpaqlarını işğal edib, 1 milyondan çox insanı ev-eşiyindən didərgin salmış Ermənistanla geniş əməkdaşlıq münasibətləri qurmaqla pozublar. Ona görə də bu rejimi islam respublikası adlandırmaq ədalətsizlikdir. Belə demək olar ki, müsəlmanların haqqına girmiş olunur. Onlar terrorçu dövlətdilər və belə də adlandırılsa daha yaxşı olar. Həm də ona görə ki, bu rejim dünya ölkələrində baş verən terror hadisələrin təşkilatçısı və iştirakçısı olur. Hər il 100 milyardlarla dollarını terrora hadisələrinin törədilməsinə xərcləyir. Halbuki öz diliənci günündə yaşayır, əziyyətli, məşəqqətli ömür sürürlər. Xoyda baş verən zəlzələnin ağır nəticələrini hələ də azərbaycanlılar çəkməkdədirlər. Evləri dağıdılıb, çörək və sudan məhrum olunublar. Rejim isə heç bir tədbir görə bilmir. Çünki büdcə tamamilə terrorun maliyyələşməsinə sərf olunduğundan maliyyə vəsaiti çatışmır. Digər tərəfdən molla rejimi bu cür vəhşi münasibəti ilə azərbaycanlıları cəzalandırmağa çalışır. Lakin bu cür qaniçənliyi uzun çəkməyəcək. Ayağa qalxan soydaşlarımız öz dövlətlərini qurmaqla bütün mollaların axırına çıxacaqlar.

Dünya mətbuatı Güneydə Azərbaycan dövlətinin qurulacağından yazır

Baş verənlərə əsaslanaraq demək olar ki, yaxın vaxtlarda Təbrizdə Güney Azərbaycanın bayrağı qaldırılacaq. Dünyaca tanınmış, nüfuzlu qəzet və jurnallar, televiziyaları da o fikirdədirlər ki, Güney Azərbaycanında gedən müstəqillik mübarizəsi qələbə ilə başa çatacaq. Bir qədər əvvəl “The Jewish Press” nəşri qeyd etmişdir ki, fars- molla rejiminin nəzarət etdiyi torpaqlarda Güney Azərbaycan dövlətinin qurulması reallığa çevrilir: “Çox qısa müddət də etirazçılar Şimali Azərbaycanla birliyə doğru irəliləyəcək, Avropa Şurasına qoşulacaq, Qərb dəyərlərini qəbul edəcək, eyni zamanda bölgədə sülh və sabitliyə öz töhfəsini verəcəklər”. Fars-molla rejimi güneyli soydaşlarımızın bütün hüquq və azadlıqlarını pozmaqla, onların milli mübarizələrinə əngəllər yaratmağa çalışırlar. Torpaqlarda 50 milyonluq güneylilərin bir dənə də olsun azərbaycandilli məktəbi olmadığı hal da 50-60 minlik ermənilərin 37 məktəbi, universiteti mövcuddur. Bu ayrı seçkilik təbi ki, fars-molla rejiminə olan qardaşlıq münasibətindən irəli gəlir. Halbuki, hər bir xalqın və fərdin öz ana dilindən istifadə hüququ BMT Nizamnaməsində, İnsan Hüquqları haqqında ümumi Bəyannamədə, BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Paktında, Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında 1960-cı il Bəyannaməsində, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada, Helsinki Yekun Aktında, habelə BMT Beynəlxalq Məhkəməsinin bir sıra qərar və məsləhət xarakterli rəylərində öz əksini tapıb. Dəfələrlə bu kimi ayrı-seçkiliyə görə beynəlxalq təşkilatlar fars – molla rejiminə xəbərdarlıqlar edib, qüsurların aradan qaldırılmasını məsləhət bilsələr də, nəticəsi olmayıb. Əksinə, beynəlxalq təzyiqlər gücləndikcə, Azərbaycan dilli nəşrlər, vərəqələr, braşuralar da sıradan çıxarılır. Güneydəki milli fədailərinin açıqlamalarına, eləcə də Siyasi Məhbuslarının Hüquqlarını Müdafiə Assosiasiyasının yaydığı hesabatlarına istinadən qeyd olunur ki, bu torpaqlar da türk dilində nəşr edilən “Oyanış”, “Səttarxan”, “Ulus”, “Nəsimi”, “Ölük”, “Kimlik”, “Yoldaş”, “Aydın Gələcək”, “Qıpçaq”, “Yaşıl yol”, “Yurd”, “Səhər”, “Açıq söz”, “Sayan”, “Bulud”, “Hələc”, “Yarpaq”, “Çənlibel”, “İsəlay” və digər nəşrlər, jurnallar basqınlara məruz qalıb, əməkdaşlar həbs olunaraq zindanlara atılıb, nəhayətdə məhkəmələrin qərarı olmadan və heç bir səbəb göstərilmədən bağlanıb. Hətta başqa dillərdə nəşr olunan, lakin azərbaycanlıların da oxuduqları dərgilər də qara siyahılara düşürlər. Ərəb əlifbasında nəşr olunan, lakin azərbaycanlıların da oxuduqları “Yarpaq” dərgisinin fəaliyyəti dayandırılıb. Halbuki, bu dərgi mədəni, elmi informasiyaların yayımını həyata keçirdi. 2004-cü ildə müqəddəs missiyanı həyata keçirən dərgi fars-molla rejiminin qəzəbinə düçar olduğundan nəşri dayandırılıb.

Fars-molla rejiminin siyasəti bəşəriyyətin varlığı təhlükədir

Fars- molla rejimi Təbrizdə Azərbaycan bayrağının dalğalanmasının qarşısını almaq üçün hər cür zorakı metodlardan istifadə edir. Azərbaycanlılar küçədən oğurlanıb zindanlara atılır, şərlənib həbs edilir, işdən çıxarılır, adi hüquq və azadlıqları belə pozulur. Yəni fars-molla rejiminin azərbaycanlılara qarşı repressiya maşını gecə-gündüz dayanmadan işləyir. Lakin azadlığa gedən yolu heç bir qüvvə, o cümlədən molla rejimi dayandıra bilməyəcək. Artıq bütün dünya azərbaycanlıları, xüsusilə də Bakıdakı ziyalılar, ictimaiyyət nümayəndələri güneyli soydaşlarımıza öz dəstəyini göstərməkdədirlər. Azərbaycan Prezidenti, Yenilməz Sərkərdə, Qarabağı erməni terrorçularından təmizləməklə müsəlman-türk dünyasına qürur yaşadan Cənab İlham Əliyevin güneylilərə dəstək ifadə etməsi Güney Azərbaycanın da mübarizə əhaval-ruhiyyəsini daha da genişləndirib. Xatırlatmaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda demişdir: “Ümid edirəm ki, İran hökumətinin ermənipərəst hərəkətləri çox kövrək sülhə xələl gətirməyəcək. Hesab edirəm ki, azərbaycanlıların hisslərini və bizim maraqlarımızı nəzərə almağın zəruriliyi barədə daha çox anlayış nümayiş olunacaq. Mən İranın əvvəlki üç prezidenti ilə - Prezident Hatəmi, Prezident Əhmədinejad və Prezident Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində heç vaxt indiki vəziyyətimizə oxşar bir şey olmayıb. Heç vaxt Azərbaycana qarşı nifrət və təhdid dolu sözlər işlədilməyib, sərhədimizdə heç vaxt hərbi təlim keçirilməyib, ancaq bir neçə ay ərzində iki hərbi təlim keçirilib. Deməli, bu, o deməkdir ki, bu vəziyyəti yaradan biz deyilik. Biz bu vəziyyətin daha tez bitməsini istəyirik. Biz bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik”.

Bəşər Əsəd rejiminin süqutu fars-molla rejiminin də bu bölgədə mövcudluğunun alt-üst olması deməkdir

Fars-molla rejiminin iyrənc siyasəti bəşəriyyətin varlığına təhlükə hesab olunur. Yəni molla rejimi öz xalqı üçün, əsasən də güneylilər üçün nə qədər təhlükədirsə, bir o qədər də dünya üçün təhlükə mənbəyidir. Çünki bu rejim Ermənistan kimi terroru dövlət siyasətinə çevirib. Molla rejimi hər il terrorizmin maliyyələşməsinə 100 milyardlarla dollar vəsait ayırır. Suriyada, Əfqanıstanda, İraqda, Nigerdə, Afrikada və digər yerlərdə tökülən qanlarda fars-molla rejiminin əli və rolu var. Suriyada Bəşər Əsəd rejiminin süqutu fars-molla rejiminin də bu bölgədə mövcudluğunun alt-üst olması deməkdir. Çünki molla rejimi Suriyada insanların qətlə yetirilməsi, terrorizmin inkişaf etdirilməsində Bəşər Əsəd rejiminə hər cür dəstəyi göstərib. Bundan sonra suriyalılar rahat nəfəs alacaq və özlərinin sakit həyatlarını qurmağa çalışacaqlar. Həm də bundan sonra suriyalılar, hakimiyyətə gələn insanlar fars-molla rejiminin bu bölgəyə daxil olmasına terror yuvası qapadılmış olacaq. Araşdırmalar əsasında təsdiq olunur ki, bu gün dünyada baş verən dövlətlərarası və ölkələr daxilindəki toqquşmaların əksəriyyətində fars- molla rejimi iştirak edir. Rəqəmlərə istinadən demək olar ki, bu gün dünyada yaşanan aktiv 88 münaqişə bölgəsində fars- molla rejimi iştirak edir. Müəyyən hallarda puluna ötürür, silah verir və özü kənardan dayanıb təlimatlar verir. Nəticədə qanlar tökülür, qırğınlar baş verir, şəhər və qəsəbələr, kəndlər xarabazarlığa çevrilir. Qəzzada müsəlmanların qanının tökülməsində birbaşa fars molla rejiminin əli var. Yəni İsraili qızışdırmaqla və HƏMASA silah-sursat, maliyyə ötürməklə qanlı müharibəyə rəvac verdi. Artıq təsdiq olunur ki, 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə soxulub, 400 -ə yaxın dinc sakinin qətlə yetirilməsində fars-molla rejiminin əli var. Baş molla Xomneynin açıqlamasına istinad edək: “Tehranın İsrail ərazisinə hücum edilərək insanların qətlə yetirilməsində heç bir rolu yoxdur. Lakin insan qanın axıdılması üçün silahın tətiyini çəkən əlləri öpürük”. Fikir verin, molla, həm də müsəlman dinc insanların qanının tökülməsinə haqq qazandırır. Bu necə müsəlmandır, bu necə islam daşıyıcısıdır ki, insanların qanın axıdılmasından məmnundur. Belə müsəlman ola bilməz. Təbii ki, dinimiz belə müsəlmançılığı rədd edir. İslam sülh və əmin-amanlıq dinidir. İslam bəşəri din olaraq insanların rahat və təhlükəsiz, qayğısı birgə yaşayışını məsləhət görür.

İLHAM ƏLİYEV

Digər xəbərlər