Ümummilli Lider Heydər Əliyevin obrazı ondan hansı məzmunda danışmağa əsas verir? Zənnimcə, daha çox xalqın itirilmiş intellekt və emosiya potensialının geri qayıdışında, ondakı milli müəyyənlik və özünüifadə imkanlarının bərpa olunmasında siyasi iradə nümayiş etdirən lider olaraq. Heydər Əliyevin həyata keçirdiyi siyasət qlobal mahiyyətinə görə bənzərsiz tarixi mərhələdə Azərbaycanın gücünə və Azərbaycan ictimai fikrinin təməl daşına çevrildi. XX yüzilliyin sonunda Ərəbistandan Qafqaza qədər dalğalanan siyasi ziddiyyətlərin Azərbaycana yansımaması, Azərbaycanın Şərqdə də, Qafqazda da müstəsna bir dünya dövləti kimi öz sabitliyini və hər mənada müstəqilliyini qoruyub saxlaması, Azərbaycanın Şərqdə unikal, tolerant bir Avropa dövləti kimi təzahür etməsi Heydər Əliyev tərəfindən irəli sürülmüş milli məfkurənin ümummilli mahiyyətinə ən mükəmməl və etibarlı sübutdur.
Ümummilli dəyərləri ideoloji baxımdan ilk dəfə o təsbit etdi. İqtisadi coğrafiyanı böyük quruculuq işləriylə, mənəvi coğrafiyanı isə milli-mənəvi dəyərlərin Azərbaycana qaytarılmasıyla gerçəkləşdirdi. Azərbaycanın qapılarını Dədə Qorqudun, Babəkin, Nizaminin, Nəsiminin, Hüseyn Cavidin, Şəhriyarın üzünə taybatay açmaqla, əslində, Azərbaycanın məfkurəvi necəliyini müəyyənləşdirdi. 1993-cü ildə isə Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə təkcə Azərbaycanı hərbi-siyasi böhrandan qurtarmaq üçün deyil, həm də Ümummilli liderin 25 il əvvəl başladığı Azərbaycançılıq əsərinin ən ciddi səhifələrini yaratmaq üçün dəvət edirdi. Çünki bu mənəvi abidənin – siyasi Azərbaycanın sirri 1969-cu ildən başlayaraq Heydər Əliyevin üslubunda kəşf olunmuşdur.
Sovet epoxası daxilində Heydər Əliyevin üzünü yaddaşa çevirən tarixə - özündə xalqın milli kodunu və möhürünü əbədiləşdirən söz sənətinə tutması ilk növbədə onda çağdaşlıq faktı aramaq, bu yolla ədəbi prosesə, yeni düşüncəyə təsir etmək niyyətindən irəli gəlirdi. Xalqın milli dəyərlərinin dirçəlişindən başlayırdı Heydər Əliyev və bu istiqamətdə seçdiyi hədəflər, ünvanlar dəqiq, çəkili və sərrast idi. Böyük sənət abidələri, böyük söz ustadları, böyük söz sərrafları... Bütöv Azərbaycanı yaratmaq, qurmaq missiyası bu "güc"lərin birliyindən, xalqa qayıdışından başlayırdı. Heydər Əliyev ədəbiyyata qayğı və diqqətini elə sovet imperiyasının daxilində - ən yüksək postda əyləşərək, ən əzəmətli kürsüləri bölüşərək, ən mötəbər tribunalardan səslənərək gerçəkləşdirirdi. Bu ideologiyanın müdaxilə etdiyi, incə bir siyasətlə həyata keçirdiyi məsələlərin - xalqı öz soy-kökündən, milli müəyyənliyindən, inancından qoparılması kimi gerçəklərin mahiyyətinə enirdi. Və bir daha unutmayaq. Sovet qanunlarının hələ işlək olduğu, tüğyan etdiyi bir dönəmdən gedir söhbət.
Dissident siyasəti! Heydər Əliyevin 1969-1982-ci illər ərzindəki fəaliyyətini bu iki sözün birləşməsi uğurlu və dəqiq ifadə edir. Azərbaycanın dəyərlərini ona tanıtdırmaq və 1937-ci ildə ziyalılığın sındırılmış vüqarını dirçəltmək, reabilitasiya etmək Heydər Əliyev diplomatiyasının çıxış nöqtəsini təşkil etmişdir. Nə qədər gerçəkləşə bildi bu missiya? Zənnimizcə, bütün hallarda bənzərsiz fədakarlıq nümunəsi meydana qoyuldu.
Milli düşüncənin intibahı, milli ruhu diri saxlamaq meyli onun tərcümeyi-halının ən işıqlı tərəfini təşkil edir. Bu kontekstdə onun obrazını belə xarakterizə etmək olar: həm azərbaycançılıq ruhunu bütün siyasi-mənəvi aşamalardan bütöv və zədəsiz çıxaran böyük azərbaycanlı, həm də bütün dünya mədəniyyət və dəyərlərinə tolerant və multikultural aspektdən yanaşmağı bacaran dünya insanı! Heydər Əliyev üçün hər zaman əsas amal milli birlik, milli vəhdət olmuşdur. Onun azərbaycançılıq təliminin ana yapısında dayanan başlıca məqam elə bundan qaynaqlanırdı. Heydər Əliyevin atdığı bütün addımlar milli məfkurənin gəlişməsinə imkan yaratmaq məqsədi güdürdü. Heydər Əliyev bu məqsədə doğru sovet hakimiyyətinin ən kəskin dövrlərində yüksək tribunada təmsil olunarkən irəliləmiş, yüksək kürsülərdən Azərbaycanın sözünü deməyə cəsarət və hünər göstərmişdir.
Azər¬bay¬can¬çı¬lıq ideo¬lo¬gi¬ya¬sı¬nın for¬ma¬laş¬ma¬sı pro¬se¬sin¬də Ulu öndər Hey¬dər Əli¬ye¬vin is¬ti¬nad et¬di¬yi ün¬van da¬im klas¬sik irs və mil¬li-mə¬nə¬vi də¬yər¬lər ol¬muş¬dur. Məsələn, Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanının yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayırdı və qeyd edirdi ki, əgər in¬di biz “Ki¬ta¬bı-Də¬də Qor¬qud” das¬ta¬nı¬nın 1300 il¬li¬yi¬ni qeyd edi¬rik¬sə və bu¬nu bü¬tün dün¬ya¬ya bə¬yan edi¬rik¬sə, de¬mək, bi¬zim bə¬dii sö¬zü¬mü¬zün 1300 il¬lik ta¬ri¬xi göz qa¬ba¬ğın¬da¬dır. Yaxud Nizami Gəncəvinin 840 illiyinin keçirilməsinin zəminində öz dəyərlərini tanımaq, onu layiqincə dünyada təbliğ etmək meyli olmasaydı deyərdimi ki, biz Ni¬za¬mi ilə bə¬şə¬riy¬yə¬ti qo¬vuş¬dur¬ma¬ğa tə¬lə¬si¬rik?!
Eləcə də böyük şair Füzulinin yu¬bi¬le¬yinin həm Azər¬bay¬can¬da, həm bü¬tün türk-is¬lam alə¬min¬də, həm də Ru¬si¬ya və Av¬ro¬pa¬da bö¬yük tən¬tə¬nə ilə ke¬çi¬rilməsinə rəvac verirdisə, bunu ilk növbədə, XX əsr¬də par¬ça¬lan¬mış türk dün¬ya¬sı¬nı birləşdirmək, yaxınlaşdırmaq üçün edirdi. 1982-ci ildə Cavidin nəşini Sibirdən Azərbaycana qaytarmaqla türklük ruhunu, turan əxlaqını millətin özünə qaytarırdı. Eyni ildə Şuşada Vaqif məqbərəsini ucaltmaq onun üçün Qarabağ xanlığının timsalında Azərbaycan dövlətçiliyinin rəmzi, Vaqif poeziya günləri Azərbaycan dilinin əbədi təntənəsinin rəmzi idi. Ya¬xud Mə¬həm¬məd¬hü¬seyn Şəh¬ri¬ya¬rın ana¬dan ol¬ma¬sı¬nın 90 il¬lik yu¬bi¬le¬yi¬nin ke¬çi¬ril¬mə¬si ilə bağlı 1997-ci ildə imzaladığı ta¬rix¬i sə¬rən¬ca¬mla hə¬mi¬şə ama¬lı¬na çe¬vir¬di¬yi bü¬töv Azər¬bay¬can idea¬lı¬nın ger¬çək¬ləş¬mə¬si¬nə doğ¬ru növ¬bə¬ti əhə¬miy¬yət¬li ad¬dım¬lar¬dan bi¬ri¬ni hə¬ya¬ta ke¬çi¬rir¬di. Hər bir addımında ölçülü-biçili, gələcəyə hədəflənmiş siyasət! Düşünülmüş idimi? Birmənalı şəkildə! Heydər Əliyev xalqın milli qürurunu ölməyə, yadlaşmağa, yaddaşsızlaşmağa qoymurdu. Əks təqdirdə, bu xalqın 1990-cı illərdə milli müstəqilliyini yenidən qazanması mümkünsüz olardı.
Ulu Öndərin 1993-cü ildən sonrakı qayıdış mərhələsi də asan dövrə sirayət etmədi. Amma hər cür hərc-mərclik, mənəvi-milli deqradasiya, siyasi-hərbi kataklizm, sosial böhran şəraitində belə onun fəaliyyətində müasir və klas¬sik sə¬nət¬kar¬la¬rı¬mı¬zın ta¬le¬yi¬nə həssas münasibət davamını tapdı. Həmin çətin dövrdə Hey¬dər Əli¬yevin mətbuata verdiyi bütün müsahibələrdə mənəvi məsələ, milli düşüncəyə xidmət yenə də ilk unudulmaz sıralarda qərar tutur. Böyük siyasətçi dəfələrlə vurğulayırdı ki, “res¬pub¬li¬ka¬mı¬zın bu ağır döv¬rün¬də bö¬yük yu¬bi¬ley¬lər ke¬çi¬ril¬mə¬si, şüb¬hə¬siz ki, mü¬əy¬yən qə¬dər çə¬tin¬lik¬lər¬lə üz¬lə¬şə¬cək. An¬caq bun¬la¬ra bax¬ma¬ya¬raq, hə¬ya¬tı¬mı¬zın mə¬nə¬vi sa¬hə¬si heç vaxt unu¬dul¬ma¬ma¬lı¬dır. Çə¬tin¬lik¬lər nə qə¬dər çox ol¬sa da mə¬də¬niy¬yə¬tə, mə¬də¬ni ir¬si¬mi¬zə, mə¬nə¬viy¬ya¬ta da¬im xü¬su¬si diq¬qət ye¬tir¬mə¬li və bu sa¬hə¬lə¬rin ge¬ri qal¬ma¬sı¬na yol ver¬mə¬mə¬li¬yik”.
Bu mənada, hakimiyyətdə olduğu bütün zaman kəsimlərində Heydər Əliyev Azərbaycanın mənəvi reallığı üçün böyük siyasətçi, dövlət adamı olaraq həm də ədəbiyyatlaşan obrazı ilə göz önünə gəlir. Onun çıxışlarında milli ədəbiyyatımızı gərəyincə bütöv duyub anlamaq səriştəsi vardı, prosesə yanaşma strategiyası düzgün idi, bəhs etdiyi mövzularda problemlərin dərkini səmtləndirə bilirdi. Və ən əsası, Azərbaycan ədəbiyyatı haqqında öz anlayışı, müşahidəsi, elmi qənaətləri olan bir şəxsin prosesə konseptual yanaşmadan hasilə gələn məntiqi ehtiva olunurdu. Heydər Əliyev ədəbiyyatın keçdiyi inkişaf qanunauyğunluğunu bilərək onun üzərində özünəxas konsepsiya qururdu. Bu çıxışlarda ədəbiyyatı həm tarixi inkişaf kontekstində, həm nəzəri prizmadan, həm də real nəticələrində dəyərləndirə, aparıcı ədəbi tendensiyalar işığına tuta bilirdi. Heydər Əliyev eyni zamanda ədəbiyyatda, poeziyada milli ahəng yaratmaqla bahəm ümumbəşəri dəyərləri bir müstəviyə gətirmək kimi siyasi prizmadan çıxış edirdi. Çünki bilirdi, dilindən, dinindən, irqindən, təmsil elədiyi ictimai qurumdan asılı olmayaraq, hamını bir yerə toplayan bir ünvan var: Ədəbiyyat!
Heydər Əliyev - milli ədəbiyyatımızın şərəfli tarixidir, faktıdır, əhəmiyyətli və gərəkli məxəzidir. Bu məxəz bütün estetik ruh halı ilə fərqli duyumun, fərqli yaşamın şəklidi. Heydər Əliyev ruhunun ədəbiyyatda gerçəkləşən şəkli... Və siyasətdə göründüyü qədər həm də ədəbiyyatın obrazıdır.
Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru