PDF Oxu

Siyasət

  • 433

Almaniya Bundestaqında “Hayl Hitler” salamı səslənib TƏHLİL

image

2025-ci il fevralın 23-də keçiriləcək seçkilərdə nasistlər üstünlük əldə edə bilər

Dünyanın az qala bütün bölgələrində böhranlı, narahat proseslər yaşanır. Müharibələr, münaqişələr, vətəndaş qarşıdurmaları balaca hesab olunan dünyamızın durumunu ağır və fəlakətli vəziyyətə salıb. Nüfuzlu beynəlxalq təşkilatlar, özlərini hegemon, aparıcı dövlətlər kimi təqdim edən ölkə başçıları, siyasətçilər isə susurlar. Sanki belə olmalıdır. Elə bil dünyanın güc mərkəzləri insan ölümlərindən, şəhər və qəsəbələrin, kəndlərin viran qalmasından zövq alırlar. Tarixin acı nəticələrindən dərs almaq halları da görünmür. Hansı ki, yaxın keçmişdə dünyanın elə dövlətləri, elə bir qaniçən başçıları olub ki, nəinki, öz xalqına, ümumiyyətlə dünya insanlığına böyük faciələr yaşadıblar. Çində Mao Çzedun, SSRİ- də İosif Stalin, Argentinada Xorxe Videla, Çilidə Auqusto Pinoçet, Rumıniyada Nikolae Çauşesku, Kubada Fidel Kastro, Almaniyada Adolf Hitler, Kambocada Pol Pot, Şimali Koreyada Kim İr Sen, İraqda Səddam Hüseyn və nəhayət, Suriyada Bəşər Əsəd nəinki öz xalqına, ümumilikdə bəşəriyyətə böyük fəalakətlər yaşadıblar. Xalqların atası` kimi təqdim edilən SSR rəhbəri İ.Stalin insanlara qarşı davamlı repressiyalar həyata keçirib. Nəticədə günahsız yerə 50 milyondan çox insan ya güllələnib, ya da həbsxanalarda aclıqdan dünyasını dəyişib. Ukrayna xalqını özünə tabe etdirə bilməyən Stalin onların bütün taxıl ehtiyatını müsadirə etdirib. Nəticədə “Qolodomor” adı verilən faciə yaşanıb. Ukraynada çoxları bu faciənin soyqırımı kimi tanınmasını istəyirlər. Adolf Hitler Almaniyada nasist partiyasını yaratmaqla dünyada ən dəhşətli müharibənin başlanğıcının əsasını qoydu. Apardığı vəhşi siyasəti ilə 70 milyon insanın həyatını itirməsinə 130 milyon insanın isə yaralanmasına və sağlamlığından məhrum edilməsinə baiskar oldu. Çin lideri olmuş Mao Çzedun qəddarlığı və vəhşilyi nəticəsində 14 milyon insan müxtəlif işgəncə maşınları və güllələnməklə öldürülmüşlər. Kambocada “qırmızı kxmerlər”in lideri Pol Pot insanlara işgəncə verməkdən, onları qəddarlıqla öldürməkdən zövq alan barbarlardan olub. Onun əmri nəticəsində 2 milyon kambocalı qətlə yetirilmişdir. Rumıniyada Nikolae Çauşesku 2,5 milyon insanın öldürülməsində adı keçir.

Çauşeskunun iti insandan üstün hesab olunub

Onun hakimiyyəti dövründə əhali ac və səfil ömür sürməyə məcbur olmuşdur. Ölkə əhalisinin az qala 90 faizi kasıblıq həddindən də aşağı səviyyədə “yaşamış”dır. Əvəzində isə Çauşeskunun Korbu adlı sevimli iti cah-cəlallı ömür yaşamaq mükafatı almışdır. İtə onu Buxarestdə gəzdirən xüsusi limuzin ayrılmışdı. Bununla yanaşı, it çoxlarının böyük həsədlə baxdıqları Çauşeskunun çoxsaylı villalarının birində dəbdəbəli otaqda yatırdı. Hər gün Londondan it biskvitləri alıb Buxarestə göndərmək isə Rumıniyanın Böyük Britaniyadakı səfirinin xidməti vəzifəsinə daxil idi. Ən böyük biabırçılıq isə devrilməzdən bir müddət əvvəl Çauşesku sevimli itinə Rumıniya ordusunun polkovniki rütbəsi verməsi olmuşdur. Diktatorun sonu isə faciə ilə bitdi. Çauşesku və həyat yoldaşı birgə qaçmaq istəsə də, Tırqovişte şəhərində həbs edildilər. Cəmi iki saat davam edən məhkəmə prosesində Nikolay və Yelena Çauşeskular soyqırım ittihamıyla ölüm hökmünə məhkum olunurlar. Şikayət üçün formal olaraq 10 gün vaxt verilsə də, hökm həyata keçirilir. Keçmiş diktator və xanımının meyiti bir neçə gün stadionda qalandan sonra Buxarestdə dəfn edilir.

Bir sözlə, bəşər tarixinə nəzər saldıqda aydın olur ki, vəhşilikləri ilə dünya xalqlarına fəlakətlər yaşadanların sonu faciə ilə bitir. Diqqətçəkən məqam isə ondan ibarətdir ki, “tiran”lar yetişdirən xalqların üzdə olan və ya hakimiyyəti zəbt etmiş siyasətçiləri keçmişə boylanıb baş verənlərdən, yaşananlardan nəticə çıxartmırlar. Əksinə, bəzi hallarda sələflərinin yerişini yeriməyə, onların siyasətini təkrarlamağa çalışırlar. Təəccüb və təəssüf doğuran hal ondan ibarətdir ki, dünyada insanlığa qarşı amansız soyqırımı aktları həyata keçirmiş dövlətlərin nümayəndələrinin bugünkü nəvələri babalarının əməllərini davam etdirməyə çalışırlar. Fakt ondan ibarətdir ki, son iki yüz ildə bəşəriyyətə ən böyük faciələri, insan qırğınlarını Almaniya yaşadıb. Dünya tarixində yeganə dövlətdir ki, yəhudiləri yer üzündən silmək üçün soyqırımı aktları həyata keçirib. Məhz buna görə də ilk dövlətdir ki, törətdiyi soyqırımı aktına görə, İsrail dövlətinə təzminat ödəməkdədir. Qısası, Almaniya bəşəriyyətə və insanlığa təhlükə yarada biləcək dövlətdir. Bu başıbəlalı dövlət adına iddia edən quruluş 20-ci əsrdə törədilən iki dünya müharibəsinin təşkilatçısı və iştirakçısıdır. Gözləmək olardı ki, bugünkü Almaniya deyilən quruluşun indiki rəhbərləri və hakimiyyətə iddialı siyasətçiləri ulularının vəhşi, qaniçən siyasi səhvlərindən nəticə çıxaracaq və sakit, sabit, xalqlara sülh aşılayacaq siyasət həyata keçirəcəklər. Lakin bugünkü Almaniya siyasi səhnəsində fərqli mühit yaşanır. Almaniya dövləti və onun törəmə mərkəzləri faşist ideologiyasını ölkə ərazisində yaymağa üstünlük verirlər. Faşist dərnəkləri nasizmin məqsəd və vəzifələrinin gənclər arasında daha geniş təbliğ edilməsi məqsədi ilə Adolf Hitlerin qələmə aldığı “Mayn kampf (“Mənim mübarizəm”) kitabını yeni formada çap etməklə yayımını həyata keçirir. Bütün bunlar yeni müharibələrə hazırlıq deməkdir. Həm də nəzərə almaq lazımdır ki, Almaniya silah istehsalına və satışına görə, dünyada 4-cü ölkədir.

Almaniya nüvə silahı istehsal etməyi planlaşdırır

Almaniya hazırda kütləvi şəkildə dağıdıc gücə malik silahlar istehsal edir və bu silahları münaqişə aparan dövlətlərə satır. Hətta Almaniya nüvə silahı istehsal etməyi planlaşdırır. Almaniyanın nüvə silahına malik olması bəşəriyyətə bəlalar gətirə bilər. Bir növ Almaniyanın faşist təmayüllü qüvvələrinin əlində atom bombasının olması terrorçuların nüvə silahı ilə bəşəriyyəti hədələməsi deməkdir. Kim zəmanət verə bilər ki, sabah faşist ideologiyası ilə “silahlan”mış Hitlerin nəvələri hansısa ölkəni işğal etməsi üçün nüvə silahından istifadə etməyəcək? Təbii ki, atom bombasından istifadə edilməsi dünyanın sonunu gətirəcək. Vəziyyətə dünyanın loyal yanaşmasından istifadə edən Almaniyanın siyasi dairələri faşizmin hakimiyyətə gəlməsinə münbit şərait yaratmağa çalışırlar. Daha doğrusu, bir qədər əvvəl Avropa Parlamentinə keçirilən seçkilərdə faşizm ideologiyasının daşıyıcıları ölkədə böyük seçici dəstəyi qazanmışlar. Xüsusilə də, Almaniyada Avropa Parlamentinə keçirilən seçkilərdə “Almaniya üçün Alternativ” partiyası, əslində, faşizmin təbliğatçısı olan partiya 15,9 faiz səs toplayaraq ikinci yeri tutub. “Almaniya Sosial Demokrat Partiyası”, “Yaşıllar”, “Xristian Demokrat və Xristian Sosial Birlikləri”nin müxalif mühafizəkar bloku və “Sol Partiya” bu seçimə qarşı çıxıblar. Onlar Almaniya Federal Konstitusiya Məhkəməsinə sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının fəaliyyətini qadağan edilməsini iddia edən şikayət təqdim ediblər. İddiaçılardan biri olan, deputat Marko Vandervits bildirib ki, Bundestaqda fraksiyalararası sorğu vermək üçün 37 deputat rəyi lazımdır: “Fraksiyalardan böyük çoxluğu AfD-nin qadağan edilməsi təklifini dəstəkləyir. Müraciətdə hökumətin partiyadan ayrılan maliyyə vəsaitinin geri çəkilməsi ilə bağlı alternativ təklif də var. Ərizənin təsdiqlənməsi üçün Bundestaqda sadə səs çoxluğu tələb olunur. Əgər varsa, ətraflı sorğu hazırlanacaq. Belə olan halda Federal Konstitusiya Məhkəməsi bu qadağa tələbinin məqbul və əsaslı olub-olmadığını nəzərdən keçirməli olacaq”.

Şolts hakimiyyəti faşizm dərnəklərinə gizli formada dəstək göstərir

Almaniyada “Almaniya üçün Alternativ” partiyasını sağçı populist partiya adlandırırlar. Digər siyasi qüvvələr onunla hansısa koalisiya çərçivəsində - nə federal, nə də regional səviyyədə əməkdaşlıq etməyi qeyri-mümkün hesab edir. Eyni zamanda, son ictimai rəy sorğularına görə, partiyanın reytinqi 19-20% arasındadır. Ehtimal olunur ki, ölkənin indiki federal-kansleri Olaf Şolts faşizm dərnəkləri, o cümlədən də “Almaniya üçün Alternativ” partiyası ilə əməkdaşlıq edir. Siyasi təhlilçilərin qənaətincə O.Şolts faşizm dərnəklərinə gizli formada dəstək verməkdə məqsədi 2025-ci il fevralın 23-də Bundusteqa planlaşdırılan seçkilərdə dəstək əldə etməkdir. Almaniyanın Xristian-Demokrat və Xristian-Sosial ittifaqlarının, həmçinin Sosial-Demokrat və Yaşıllar partiyalarının mühafizəkar bloku növbədənkənar parlament seçkilərinin tarixi ilə bağlı razılığa gəliblər. Razılığa əsasən, erkən seçkilər 2025-ci il fevralın 23-də keçiriləcək. Almaniya Kansleri Olaf Şolts hökumətə etimad məsələsini dekabrın 16-da Bundestaqın müzakirəsinə çıxarmağı planlaşdırır. Bundan sonra növbədənkənar seçkilərə yol açılacaq. Deputatlar kanslerə etimaddan imtina etsələr, AFR prezidenti qanunvericiliyə əsasən, 21 gün ərzində Bundestaqı buraxmaq məcburiyyətində qalacaq və 60 gün ərzində yeni seçkilər keçiriləcək. Seçkilərdə yenidən uğur qazanmaq üçün Olaf Şolts hər cür iddiaları, təklif və ideyaları qəbul edir. Bəzən nasizm açıq şəkildə təbliğ edilməsinə belə göz yumur. Misal üçün Olaf Şolts zalda olduğu zaman Bundestaqın bir neçə deputatı “Hayl Hitler” salamını səsləndirməsini göstərmək olar. İddialara görə, Azad Demokrat Partiyasının nümayəndəsi Kristian Lindnerin maliyyə naziri vəzifəsindən istefa verməsinin başlıca səbəblərindən biri də “Hayl Hitler” salamının səslənməsi və buna kansler Olaf Şoltsun susmasıdır. Nasist partiyasının üzvü, Bundestaqın fəal deputatlarından olan Frank Şveber, Angela Merkelin mənsub olduğu Xristian Demokrat İttifaqı partiyasının bir neçə üzvü, Yaşıllar partiyasının üzvü, deputat Till Şteffeni açıq şəkildə faşizmi təbliğ edirlər. Narahatlıq yaradan amillərdən bir də ondan ibarətdir ki, faşizmin tərəfdarları Adolf Hitlerin “fürer” elan olunduğu 30 yanvar tarixini təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Bununla bağlı təşkilat komitəsi yaradılıb və işlərin bölgüsü aparılıb. 1933-cü ilin 30 yanvarında Hindenburqun offisində Adolf Hitler kansler kimi andiçmə mərasimindən keçirilib. Nasistlərin hakimiyyəti bu yolla ələ keçirmələri tarixdə “Machtergreifung” kimi tanınır. Ehtimal olunur ki, 30 yanvar tarixində keçiriləcək konfrans “Hitler salamı” ilə açıq elan olunacaq və Hitlerin həyat yolu, siyasi fəaliyyəti, faşizmin yaranma tarixindən danışılacaq. Məlum olduğu kimi, “Hitler salamı” Adolf Hitlerə itaət göstərmək və alman millətinə və müharibə səylərinə görə minnətdarlıq ifadə etmək üçün Milli Sosialist Alman Fəhlə Partiyası tərəfindən qəbul edilmiş salamdır.

1923-cü ilin payızına qədər Milli Sosialist Alman Fəhlə Partiyasının üzvləri öz liderini tam uzadılmış qol salamı ilə qarşılayırdılar. Hitler sağ əlini qaldıraraq, dirsəyini arxasına əyərək və ovucunu yuxarı açaraq cavab verərdi. “Hayl Hitler” salamı 1923-cü ildən partiya üzvləri tərəfindən ara-sıra istifadə olunub.

Dünya fəlakət astanasındadır

1933-cü ildə Almaniyada Nasional Sosialist Alman Fəhlə Partiyası hakimiyyətə gələndən sonra “Hitler salamı” Vermaxt əsgərləri və dinc əhali üçün məcburiyyət halına gətirilmişdir. Üçüncü Reyx dönəmi ərzində sözügedən jest ümumi birlik ifadəsi kimi izah olunurdu. “Çox yaşa Hitler” və “Hitlerə salam olsun” kimi anlamlara gələn “Hitler salamı” alman dilində “Heil Hitler” olaraq adlandırılmışdır.

Hazırda Almaniyada faşizmin dövlət səviyyəsində dəstək verilməsi və inkişaf etdirilməsi onu deməyə əsas verir ki, bəşəriyyətimiz təhlükə ilə üz-üzədir, hər an dünya müharibəsi baş verə bilər. Faşizmin atom silahı əldə etməyə səy göstərməsi isə daha təhlükəlidir. Çünki faşizm ən qorxulu terrorçu dəstələrdən belə təhlükəlidir. Bu baxımdan faşizm atom silahı əldə edərsə, bu, artıq dünyanın sonu demək olacaq. Ona görə də, dünyada sülhün və təhlükəsizliyin tərəfdarı olan və bunun uğrunda mübarizə aparan, fəaliyyət göstən mərkəzlər, qurumlar, nəhayət, dövlətlər və beynəlxalq təşkilatlar ayıq-sayıq olmalı və faşizmin məhv edilməsi üçün ümumi birlik ortaya qoymalıdır. Əks halda sakit dünya yaratmağa çalışdığımız zaman məqsəd və mübarizə nəticəsiz qalar və yeni bir dağıdıcı müharibə fəlakətlərinin qurbanı ola bilərik.

İLHAM ƏLİYEV

Digər xəbərlər