PDF Oxu

Siyasət

  • 898

"Azərbaycan beynəlxalq münasibətlərdə müstəqil dövlət kimi çıxış etməyə başladı" - ŞƏRH EDİLDİ

image

"Heydər Əliyev Azərbaycanın bütün dövlət institutlarını professional vəziyyətə gətirməklə dövləti idarəetmə mexanizminə çevirməyi bacardı". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.O bildirib ki, Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının ideoloji əsaslarını, iqtisadi əsaslarını yaratdığı kimi Azərbaycanın xarici siyasətini də milli maraqlar əsasında təyin etdi: "Strateji xarici siyasətimizdə dünya ölkələri ilə bərabərhüquqlu tərəfdaşlıq prinsipini önə çəkməklə Azərbaycanın bu günə qədər davam edən xarici siyasətini məhz milli maraqlardan çıxış etmək formulasını xarici siyasət fəlsəfəmizin əsasına qoymağı bacardı. Beləliklə, beynəlxalq münasibətlərdə Azərbaycan müstəqil dövlət kimi çıxış etməyə başladı. Ölkəmizin müstəqil davranışları, hələ 1994-cü ildə öz milli sərvətinə sahib çıxmaq bacarığı ilə heç bir hegemon aktordan çəkinmədən milli maraqlarımız əsasında resurslarımızın tərəfdaş ölkələrlə birgə istismarı məsələsində ortaya qoyduğu mövqe öz dövrü üçün böyük uzaqgörənlik, həm də ciddi cəsarət nümunəsi idi. Beləliklə Azərbaycan postsovet məkanında və bəzi beynəlxalq təşkilatların nəzarəti altında fəaliyyət göstərən kiçik dövlət kimi yox, öz milli iradəsinə və milli gücünə söykənən müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə daxil oldu".Onun sözlərinə görə, nəticədə bu prioritetlər, bu strateji istiqamətlər hazırkı qüdrətli Azərbaycanın formalaşması üçün həm beynəlxalq şərtlər, həm də güclü iqtisadi və ideoloji əsaslar yaratmış oldu: "Ona görə də bu gün Azərbaycanın xarici siyasəti haqqında danışanda onun beynəlxalq münasibətlər sistemindəki yeri və rolundan bəhs edəndə müşahidə etdiyimiz bir əsas məsələ var. Bu da ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyevin qoyduğu prioritetlər dövrün, zamanın çağırışları və şərtləri çərçivəsində daima yenilənərək, yeni keyfiyyətlər əldə edərək, həm də bu prinsiplərə sadiq qalaraq milli maraqlarımızın beynəlxalq münasibətlər sistemində qorunmasını təmin edir".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər