PDF Oxu

Siyasət

  • 1 285

Vasili Koltaşov: “Fransa Ermənistanı yeni müharibəyə hazırlayır” - ŞƏRH

image

Roman Quryeviç: “Yaxşı olar ki, Paris öz evində hər şeyi qaydasına salmağa başlasın, “Olimpiya oyunlarında “mavi”liyi şirinləşdirmə” kimi biabırçı siyasətindən qurtulsun”

Ermənistanın hərbiləşdirilməsinin arxasında duran əsas qüvvələrdən biri Fransadır, bu fikri bir müddət əvvəl Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Parisin revanşist əhval-ruhiyyənin səngimədiyi İrəvana hərbi-siyasi dəstəyini nə dərəcədə fəal şəkildə artırdığına baxsaq, bununla razılaşmamaq çətindir.

Rusiyalı politoloq, Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov “caliber.az”-a şərhində qeyd edib ki, Nikol Paşinyan “Ermənistanla KTMT-ni heç nə birləşdirmir” deyəndən sonra deyə bilərik ki, İrəvan indi başqa komandada oynayır. Onun artıq öz bossu var- Fransa. Bu boss isə Ermənistanı yeni müharibəyə hazırlayır- bu fakt şübhə doğurmur.

“Ermənistan Rusiyaya maksimum problem yaratmaq üçün regionda müstəqil qüvvəni təmsil edənlərə qarşı mübarizə aparacaq. Və ola bilsin ki, Tbilisi ilə Moskva arasında yaxınlaşma olarsa, Ermənistan anti-Gürcüstan siyasətini inkişaf etdirəcək. Və təbii ki, aydındır ki, bugünkü Ermənistan Azərbaycana qarşı revanşist əhval-ruhiyyəyə malikdir- burada Ermənistan hakimiyyəti eskalasiyadan da imtina etmir, bu dəfə Qərbin daha konkret köməyinə ümid edir.

Bəzi analitiklər Ermənistanın aktiv şəkildə yenidən silahlanmasına balanslaşdırıcı bir hərəkət kimi baxmağa meyllidirlər, çünki Azərbaycan açıq şəkildə hərbi cəhətdən daha güclüdür. Amma biz görürük ki, “balansın tənzimlənməsi” deyilən şey İrəvandan idarə olunmur, kənardan, Qərbdən həyata keçirilir və regionda yeni hərbi münaqişəyə səbəb ola bilər. Çünki Qərbin region üzərində təsir rıçaqlarına sahib olmaq üçün Cənubi Qafqazda müəyyən gərginlik zonası yaratmaq kimi aydın məqsədinin olduğu göz qabağındadır”,- deyə V.Koltaşev yekunlaşdırıb.

Dünya Yəhudi Agentliyinin fəxri səfiri Soxnut, israilli politoloq və jurnalist Roman Quryeviç əmindir ki, Fransa Cənubi Qafqazda sabitliyi pozan əsas amillərdən biridir.

“Otuz illik Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı Fransa ATƏT-in Minsk Qrupu çərçivəsində erməni maraqlarını təşviq edərək Cənubi Qafqazda ədalətin və beynəlxalq birliyin qanunlarının bərpası üçün faydalı iş görmək şansını əldən verib. Ona görə də indi o, kobud imperiya üsulu ilə hərəkət edərək regionda öz təsirini bərpa etməyə can atır- parçala və hökm et. Fransa Azərbaycanın sülh müqaviləsi bağlamaq səylərini asanlaşdırmaq əvəzinə Ermənistanda revanşist əhval-ruhiyyəni dəstəkləyir. Paris Ermənistanı silahla təmin edir, erməni hərbçiləri Fransada hazırlanır, Fransa isə dünya birliyinin nümayəndəsi kimi həll edə biləcəyi problemləri həll etmir- məsələn, insanların ölməkdə davam etdiyi mina sahələri problemini.

Paris Ermənistanı özünün sadiq oyuncağına çevirmək üçün öz təsirindən istifadə etməkdə davam edir, eyni zamanda İranla ənənəvi isti münasibətləri inkişaf etdirir. Və burada Fransa Ermənistandan ötürücü halqa kimi istifadə edir. Yəni Qərb dünyası İranın nüvə təhlükəsini dayandırmağa çalışarkən, Fransa öz oyununu oynayır.

Beləliklə, Fransanın siyasətdəki hazırkı vektoru nə qədər pisdirsə, bir o qədər yaxşıdır. Axı davam edən münaqişələrin qanlı burulğanında hər zaman siyasi üstünlük əldə etmək olar. Yaxşı olar ki, Paris öz evində hər şeyi qaydasına salmağa başlasın, “Olimpiya oyunlarında “mavi”liyi şirinləşdirmə” kimi biabırçı siyasətindən qurtulsun, sabit hökumət yaratsın və istər-istəməz uğursuzluğa düçar olduğu yerdə başqalarının işinə qarışmasın”. R. Qureviç yekunlaşdırdı.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər