Prezident qalib idmançılarla görüşdə bir daha göstərib ki, ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bölgələrdə istedadlı uşaqlar var, onları düzgün seçmək və idmana, idman bölmələrinə cəlb etmək lazımdır. İdmançılara şərait yaradılmalı və onlardan nəticəni gözləməliyik. Bu iki əsas amil böyük uğurlarımızın əsasını təşkil edir. Azad edilmiş torpaqlarda idman inkişaf etməlidir. İndidən bu istiqamətdə işlər görülür. Stadionlar, idman kompleksləri və digər idman qurğuları azad edilmiş bütün şəhərlərin Baş planlarında öz əksini tapır.
Gənclərin fiziki tərbiyəsi, bu cəhətdən sağlam gənclər hazırlanması bu gün dövlət quruculuğumuzun ən vacib məsələlərindən biri, bəlkə də ən başlıcasıdır. Bu gün fəxrlə demək olar ki, respublikamızın hər bir guşəsində aparılan mükəmməl idman işi sayəsində gənclərimiz hər bir çətinliyi dəf etməyə hazırdır. Dövlət başçısının fikirləri həm də milli vəzifələr baxımından strateji əhəmiyyətli çağırışdır.
Dövlətimizin rəhbəri bildirib ki, hər ilin sonunda, ya da ki, hər ilin əvvəlində ənənəvi olaraq idmançılarımızı təltif edilir - dövlət təltifləri ilə, mənzillərlə. Bu proses artıq 27 ildir ki, davam edir. Əgər idmançılara dövlət qayğısı göstərilməsə, idman inkişaf edə bilməz və idmanın inkişafının bir çox amilləri Azərbaycanda vəhdət təşkil edir.
Bəhruz Ramazanov
YAP Qusar rayon təşkilatının məsləhətçisi