PDF Oxu

Siyasət

  • 558

Əli Kərimli təyyarə qəzası ilə bağlı şər yazısını Avropa saytlarında dərc etdirdi ANALİZ

image

Siyasətdə olub, ədəbli siyasi fəaliyyət göstərmək hər kəsə nəsib olan fəaliyyət deyil. Bunun üçün dövlətinə bağlılıq, xalqına sevgi hissi olmalıdır. Yazıqlar olsun ki, zamanında Azərbaycan xalqına və dövlətinə böyük fəlakətlər, acılar yaşatmış indiki dağıdıcı müxalif ünsürlər siyasətdə olsalar da, siyasətə gəlir mənbəyi olaraq baxırlar. Maddi və mənəvi dəstək əldə etmək üçün istənilən məkrli qüvvənin pozucu tapşırığını yerinə yetirməkdən çəkinmirlər. Xüsusilə də AXCP və Milli Şura rəhbərliyi sanki Avropanın və ABŞ-ın qərəzli dairələrinin uşaqlarıdır, onlardan nə göstəriş gəlsə, ağına-bozuna baxmadan icra edirlər. Ən ikrah doğuran hal ondan ibarətdir ki, Avropanın və ABŞ-ın qaranlıq dairələrinin əlaltısı rolunda çıxış edən uşaqları Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı belə çıxmaqdan çəkinmirlər. 44 günlük Vətən Müharibəsində az qala erməni ilə eyni mövqedən çıxış edən Əli Kərimli, Cəmil Həsənli, Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbər və Arif Hacılı qələbəmizə qarşı qısqanclıq hissi ilə yanaşırdılar. O zaman cəmiyyətin bütün təbəqələri, o cümlədən siyasi partiyalar ümumi düşmənə qarşı birləşdiyi halda, sözügedən dağıdıcı müxalif ünsürlər, fərqli mövqe sərgiləyib, fəaliyyət yolu tutdular. Hətta bütün siyasi partiyalar beynəlxalq təşkilatlara, dövlət və hökumət başçılarına erməni vandaizmi və raketlə dinc sakinləri hədəf seçməsinə etiraz bəyanatları göndərərkən və ya müraciətlər ünvanlayarkən Əli Kərimli, Cəmil Həsənli, Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbər və Arif Hacılı erməni diasporunun qorxusundan həmin bəyanatlara və müraciətlərə qoşulmadılar. Böyük zəfərimizdən sonra da erməni revanşistlərisayağı əməllərini və açıqlamalarını davam etdirdilər. Ə.Kərimli utanıb-çəkinmədən BBC-nin müxbiri ilə söhbətində “Qarabağ zəfəri Koçaryan və Sarkisyanın Azərbaycan torpaqlarını işğal etməsindən artıq deyil” bildirərək, zəfərimizə kölgə salmağa cəhd etdi.

Ağıl elə həmin sərsəm ağıldır

Əli Kərimli, Cəmil Həsənli, eləcə də ABŞ-ın və Avropanın müəyyən dairələrindən maliyyə yardımları alan saytlar, internet TV-lər qələbələrimizlə yanaşı, milli faciələrimizə qarşı da verilən sifarişlərə, tapşırıqlara uyğun fikir bildirir, açıqlamalar yayır, videolar paylaşırlar. AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması Azərbaycanı, bütövlükdə türk dünyasını kədərə boğduğu halda dağıdıcı müxalifət və Avropanın, ABŞ-ın “media” orqanları faciəni siyasiləşdirməyə cəhdlər göstərirlər. Bu isə onların insanlıq hissini itirdiklərini, bəşəri dəyələrdən məhrum olduqlarını göstərir. Belə demək olar ki, faciədən öz siyasi və verilən tapşırıqların icra edilməsində istifadə edilməsi vicdansızlıq və yaramazlıqdır. Əli Kərimli həyasızcasına milli faciə ilə bağlı rişxənd xarakterli yazı yazır və ilkin olaraq həmin yazını facebook-da pullu reklam xidmətində yerləşdirir. Bununla kifayətlənməyən Ə.Kərimli qəza ilə bağlı yanlış, heç bir fakta söykənməyən cızma-qarasını Fransanın, Niderlandın, Almaniyanın və ABŞ-ın təxribat yuvası hesab olunan saytlarında dərc etdirir. Düşüncələr içində o fikri vurğulamaq olur ki, bu məxluq normal insan deyil. Çünki normal azərbaycanlı, ən azı dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda doğulan insan xalqımıza matəm yaşadan dəhşətli qəza ilə yazı yazar və həmin yazını Avropanın Azərbaycana qarşı erməni maraqları prizmasından yanaşan dövlətlərin saytlarında yayımlayar və ya facebook-da pullu reklama qoyar? Yenə də o fikrə gəlmək olar ki, yalnız belə yaramazlığı satqınlar və xəyanətkarlar edə bilər. Üzdə olan fakt bir daha təsdiq edir ki, Ə.Kərimli və xaricdəki antimilli ünsürlər satqın və xəyanətkarlardır.

Antimilli ünsürlər satqın olduqlarını əməlləri ilə nümayiş etdirirlər

Ə.Kərimli və xaricdəki antimilli ünsürlər absurd iddia irəli sürürlər ki, guya quru sərhədlər açıq olsa idi, təyyarə qəzası da olmazdır. Bu yanaşma birbaşa ağılsızlığın nəticəsidir. Ona görə ki, bu məxluqlar anlamırlar ki, istənilən hadisə istənilən sahədə və yerdə ola bilər. Dəfələrlə, qatar, avtobus və ya gəmi ilə sərnişin daşınmalarında insan itkisi ilə nəticələnən qəzalar baş verib. Digər tərəfdən araşdırmalara görə, hava gəmisi ilə sərnişin daşınmaları digər nəqliyyat vasitələri ilə müqayisədə daha təhlükəsizdir. Məsələn, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) 2022-ci il üzrə Təhlükəsizlik Hesabatına əsasən, sərnişin-aviaşirkət uçuşlarında ölümcül qəzalar və ümumilikdə təyyarə itkisi (hull loss) göstəriciləri tarixi minimuma düşüb. Sübut və dəlillər ortada olduğu halda Ə.Kərimlinin, Sevinc Osmanqızının, Trol Sadıqlının, Arif Yunusun, Arif Məmmədovun və digər trolların qəza ilə bağlı milli hissə toxunan, insani dəyərlərə hörmətsizlik hesab olunan fikir və rəylər bildirmələri, videolar paylaşmaları onların ermənidən betər erməni olduqlarını göstərir.

İLHAM ƏLİYEV

Digər xəbərlər