«Azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq. Geniş quruculuq, abadlıq işləri aparılır və Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir.»
Bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, səkkiz mindən çox keçmiş köçkünün artıq Qarabağ və Şərqi Zəngəzura yerləşdiyini, hər il onların sayının artacağını bildirən dövlətimizin başçısı azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən danışıb. Deyib ki, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilir, kəndlər salınır. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır.
Bəli, bu gün dövlət siyasətinin əsas prioritetlərindən hesab edilən Qarabağın, Şərqi Zəngəzurun bərpası barədə danışdıqda təbii olaraq Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icra əhəmiyyətini vurğulamalıyıq. Proqrama əsasən Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunan böyük qayıdış prosesləri artıq qısa zamanda reallığa çevrilir. Bu xüsusda ilk olaraq Zəngilanın Ağalı kəndinin ötən dövrdə "Ağıllı kənd" konsepsiyasına uyğun qurulmasını və soydaşlarımızın oraya mərhələli şəkildə köçürülməsini qeyd etmək lazımdır. Əgər ötən il Zəngilanın Ağalı kəndi "Böyük Qayıdış"ın ilk müjdəsi idisə, bu il Talış və Laçına qayıdış isə bu proqramın necə ciddi, dəqiqliklə hazırlandığını, surətlə və ardıcıl şəkildə gerçəkləşdiyini göstərdi. Artıq bu gün Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qaynayır. 30 ildən sonra bu torpaqlarda yaşanan tikinti bumu getdikcə daha da geniş vüsət alır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qətiyyəti, hərbi və siyasi iradəsi ilə torpaqlarımızı azadlığına qovuşduran düşmənin viran qoyduğu Qarabağ və Şərqi Zəngəzuru cənnətməkana çevirir və əzəli sahiblərinə qovuşdurur, Azərbaycanı dünyaya əsl qurucu dövlət kimi tanıdır. Görülən işlərin miqyası bu gün soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışlarında özünün aydın ifadəsini tapır. Qələbəmizdən ötən dörd il ərzində 4 şəhərə və 4 kəndə qayıdışın reallaşması Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır. Qeyd eldim ki, Prezident İlham Əliyev quruculuğun ilk təməl daşını 2021-ci ilin 28 may tarixində Ağdamda qoymuş, düşmənin daşı daş üstündə qoymadığı, yerlə yeksan etdiyi, görənlərin dəhşətlə "Qafqazın Xirosiması" adlandırdığı Ağdama yenidən həyat veriləcəyinin - Qarabağın ruhunun dirçələcəyinin xoş ismarışını çatdırmışdı.
Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzurda sürətlə sosial infrastruktur qurulur, xəstəxanalar, məktəblər, idman obyektləri tikilir, yollar, tunel və körpülər inşa edilir, dəmir yolları çəkilir. Müasir "ağıllı kənd və şəhərlər" salınır. Çox qısa zaman ərzində Füzuli və Zəngilan beynəlxalq hava limanlarının tikilərək istifadəyə verilməsi, üçüncü beynəlxalq hava limanının isə Laçında inşasının sürətlə davam etdirilməsi isə ümumilikdə quruculuq işlərinin miqyasını göz önünə gətirir. Heydər Əliyev Fondu tərəfindən bu ərazilərdəki tarixi, dini, mədəni abidələr yüksək səviyyədə bərpa olunaraq xalqımıza ərmağan edilir.
Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura etdiyi mütəmadi səfərləri zamanı burada yeni yaşayış məntəqələrinin bünövrələrini qoyur, açılışlar edir, görülən işlərlə yerində tanış olur. Əzəli yurdlarına qayıdan sakinlərə evlərinin açarlarını təqdim etmək, onları öz doğma mənzillərində ziyarət etmək, qayıdış sevinclərini bölüşmək də qalib lider İlham Əliyevin xoş ənənəsinə çevrilib ki, buna xocalılıların timsalında bir daha fəxrlə şahidlik etdik.
30 ildir yurd həsrəti çəkən keçmiş məcburi köçkünlərin Qarabağa mərhələli şəkildə köçürülməsi davam edir. Dövlət başçısı isti od-ocaqlarına qovuşan xocalılılarla görüşündə söylədi ki, "Siz də buna layiqsiniz. Siz otuz ildən çox müxtəlif yerlərdə yaşamısınız - kimi yataqxanada, kimi uşaq bağçasında, kimi qohumların evində, kimi də qəsəbədə. Bilirsiniz, mən işğal dövründə xocalılılarla dəfələrlə görüşmüşdüm, - Bakıda və digər yerlərdə qəsəbə salınmışdır, - deyirdim ki, gün gələcək sizinlə Xocalıda görüşəcəyik. Bax, bu gün də gəldi".Bəli, o gün gəldi, yurdundan, doğma isti ocağında ayrı düşən söydaşlarımız torpaqlarına qayıdır.
Qeyd edək ki, dövlət büdcəmizin əsas prioritetlərindən biri də Böyük qayıdışa nail olunmasıdır. 2020-2022-ci illər ərzində Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən bərpa-quruculuq işləri ilə əlaqədar dövlət büdcəsindən Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün dövlət büdcəsindən 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard, 2023-cü ildə 5 milyard, 2024-cü ildə 23,6 milyard manat olduğu halda, 2025-ci ildə 23,8 milyard manat proqnozlaşdırılır. Bir sözlə, illərlə əsl sahibinə həsrət qalan torpaqlarımızda infrastruktur yenilənir, dədə-baba yurdlarına qayıdacaq soydaşlarımızın rahat yaşaması, işlə təmin olunması, onların təhlükəsizliyi və istirahəti üçün hər cür şərait yaradılır. Bu reallıq bir daha sübut edir ki, Azərbaycan heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan Qarabağ və Şərqi Zəngəzuru öz iqtisadi qüdrəti hesabına yenidən qurur. Ümumilikdə, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün sonrakı illərdə 14,5 mlrd manat vəsait nəzərə alınmaqla 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur. Bütün bu nailiyyətlər Azərbaycanın iqtisadi gücünün təsdiqi olmaqla yanaşı, dövlət başçımızın uğurlu iqtisadi siyasətinin təsdiqi olmaqla yanaşı, eyni zamanda işğaldan azad edilən tarixi torpaqlarımızda görülən bütün bu irimiqyaslı işlər birbaşa Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında həyata keçirilməsidir. Çünki hər bir ölkənin inkişafında, hədəflərə uğurla nail olunmasında əsas amil iqtisadiyyatın yüksək olmasıdır. Dövlət başçımız hər zaman çıxışlarında "Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq", söyləyən İlham Əliyev bildirir ki, bu istiqamətdə qarşıya qoyulan bütün hədəflər təmin edilir, 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış köçkünlərin qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün mühüm layihələr gerçəkləşdirilir.
Bir sözlə, dövlət başçısının düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrası həm Azərbaycana böyük iqtisadi və siyasi dividendlər qazandıracaq, həm də dünya bir daha şahidi olacaq ki, Prezident İlham Əliyev hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli liderdir. Bu günün reallıqları isə bir daha göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır aə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş kəndlərimiz, şəhərlərimiz yenidən, qurulur, dirçəlir. Bütün işlər ardıcıl və sistemli şəkildə həyata keçirilir.
Bir sözlə, bütün bu deyilənlərə əsaslanaraq bir daha əminliklə söyləmək istəyirəm ki, 30 illik işğala 44 gündə son qoyan və bu gün Zəfər yürüşünü inamla davam etdirən Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etməklə bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək və insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlaş Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri