PDF Oxu

Siyasət

  • 474

YAP Tərtər rayon təşkilatının təşəbbüsü ilə şəhid ailələri və qazilər ziyarət edilir

image

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar YAP Tərtər rayon təşkilatının Tədbirlər Planına uyğun olaraq, təşkilatın sədri Eldar Əsədov və əməkdaşlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş bir qrup şəhid ailəsini, eləcə də Vətən müharibəsində sağlamlığını itirmiş qaziləri ziyarət etmişlər. Görüş zamanı ailələrin qayğıları ilə maraqlanılmış, onların müraciətləri dinlənilmiş və 3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə onlara ərzaq sovqatı təqdim edilmişdir.
Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının Sədri, Möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini və xoş arzularını ifadə etmişlər.

Digər xəbərlər